Bir illik fasilədən sonra yenidən birinci divizionda oynamağa qərar verən "Səbail-2” yeni mövsümə hazırlıqları davam etdirir.
Fanat.Az xəbər verir ki, Bayıl təmsilçisinin əvəzedici heyəti sabah ilk sınağına çıxacaq. Rəqib "Zirə”nin ikinci komandası olacaq.
Bugünkü görüş həm də yeni baş məşqçi Ruslan Qafitulinin debütü olacaq. 2018-ci ildən "Səbail”in Futbol Akdademiyasında çalışan Qafitulin ötən ayın ortalarında baş məşqçi təyin olunub. "Səbail-2” – "Zirə-2” görüşü saat 18:00-da "ASCO Arena”da baş tutacaq.
Qeyd edək ki, "Səbail-2″ 2017/2018 mövsümündə çempion olub, 2019/2020-də isə birinci divizionun gümüş medalçısı olub. Ruslan Qafitulin isə U-19-un baş məşqçisi kimi 2018/2019 mövsümündə bürünc medal qazanıb.
Mirağa