UEFA Avropa Konfrans Liqasına Bakıda hazırlaşan "Keşlə” Rusiya təmsilçisi "Soçi” ilə oyuna qədər daha iki yoxlama matçı keçirəcək.
Klubun mətbuat xidmətindən Fanat.az-a verilən məlumata görə, bakılılar sabah "Səbail”lə qarşılaşacaq. Oyun saat 18:30-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq.
"Keşlə” digər yoxlama matçını "Sabah”a qarşı keçirəcək. Oyun iyulun 13-də Masazırda baş tutacaq. Matçın saat 19:00-da başlanılması planlaşdırılır.