"Klublar PFL-ə borclarını ödəyiblər. Amma hamısını yox”.
Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov Fanat.az-a açıqlamasında Premyer liqa klublarının quruma ötən mövsümdən qalan borclarla bağlı danışarkən belə deyib.
PFL rəsmisi yalnız "Qarabağ”ın bütün borclarını "bağladığını” deyib: "Bizim hal-hazırda həm I divizion, həm də Premyer Liqa klubları ilə qarşılıqlı, yaxşı əməkdaşlıq münasibətlərimiz var. Amma cəzalar, cərimələr də futbolun tərkib hissəsidir. Odur ki, klubların mövsüm boyunca cərimələnməsi normal haldır. Borcların ödənilməsinə gəlincə, demək olar, bütün klublar – həm divizion, həm Premyer Liqa komandaları bunu həyata keçiriblər. Amma açıq demək lazımdır ki, bu, tam şəkildə olmayıb. Bu gün üçün "Qarabağ”dan başqa bütün klubların PFL-ə müvafiq borcları var”.
Mirağa