09:24 09.07.2021 1682

"Stuxlik hakimliyi məhv edib" - Xaqani Məmmədov

Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov Fanat.Az-a müsahibə verib.
 
Onunla söhbətimizdə sabiq FİFA referisi AVRO-2020-nin oyunlarını idarə edən hakimlərin idarəçiliyindən və Azərbaycan hakimliyinin bugünkü vəziyyətindən danışıb. 

- AVRO-2020-nin yarımfinalında keçirilən İngiltərə - Danimarka oyununda hakimin qonaqların qapısına təyin etdiyi penalti müzakirələrə səbəb olub. Bəs 113-cü dəqiqədə həmin penaltini təyin edən referinin qərarı doğru idimi?
- Qaydalar necə tələb edirsə, o cür hərəkət etmək lazımdır. Baxırsan ki, xarici mütəxəssislər "belə oyunda belə penaltini verməzlər" deyirlər. İndi mən sual verirəm: futbolun belə və yaxud elə oyunu var? Futbol futboldur və futbolun bir qaydası var. Qaydalarla tamamilə düzgün qərardır. İkincisi də, hakimin həmin epizodda mövqeyi idealdır və fikir verdinizsə, VAR-a da ehtiyac olmadı. VAR otağında oturan 5 nəfər peşəkar hakimin fikri ilə tam razı oldular, epizodu qiymətləndirmək üçün onu heç ekran qapısına da dəvət etmədilər. Birmənalı olaraq qaydalar çərçivəsində tamamilə düzgün qərar idi.

Ancaq heç kəsin fikir vermədiyi bir məqam var. Hücumçu və müdafiəçi cərimə meydançasına daxil olarkən meydanda ikinci top var idi. Sual oluna bilər ki, hakim niyə oyunu saxlamadı və mübahisəli top atmadı? Qaydalarda deyilir ki, top (ikinci top) aşkar şəkildə oyuna müdaxilə edərsə, misalçün, müdafiəçinin ayağına dəyib sürüşməyinə səbəb olarsa, o zaman oyun saxlanılmalı, mübahisəli top atılmalıdır. Amma dünənki epizodda həmin ikinci top heç cürə mane olmadı və oyunun gedişinə aşkar təsir etmədi.

- Bəs hakim penalti verməsəydi, yenə də bu qədər tənqid olunardımı? Ümumiyyətlə, AVRO-2020-yə təyinatları necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, futbol qaydalarında həmişə hakimə üstünlük verirlər, yəni,  loru dildə desək əl yeri qoyurlar. İstənilən qərar zamanı yenə də hakimi dəstəkləyəcəkdilər. Bilirsiniz həmin hakim niyə tənqid olunur? Çünki o, hımin oyuna layiq deyildi. Bir neçə gün öncə televiziyada çıxışımda da dedim ki, yarımfinala təyin olunan hakimlərin heç biri bu mərhələyə layiq olan hakimlər deyil. Çünki orda çox böyük qüvvələr işləyir. Bu qüvvələr yaxşı hakimləri evə yola salıblar, vacib oyunlara isə "lazım" olan hakimləri təyin edirlər. Gizlətməyin mənası yoxdur. UEFA Hakimlər Komitəsində hansı ölkənin nümayəndələri oturubsa, təyinat alan hakimlərin əksəriyyəti onların həmyerliləridir. 

Cüneyt Çakır kimi yaxşı hakimi saxlamadılar. Niyə? Çünki çox gözəl idarə etdi oyunları. Və ya fransız Kleman Türpeni?  O da çempionat oyunlarını yaxşı idarə edirdi. Yaxşıları evə göndərilib, "lazım" olanlar qalıb. 48 yaşlı Küypersi finala saxlamaq vacib idi? Cavan, perspektivli hakimlərə yer verilsə, daha yaxşı olardı. Orda da müəyyən oyunlar gedir. Mənim televiziyadakı çıxışımdan bir gün sonra isveçli keçmiş hakim Eriksson dediklərimi daha sərt şəkildə təkrarladı. Dedi ki, çempionatda korrupsiya mövcuddur. İngiltərə - Danimarka oyununun idarə edən hakim İtaliya - Türkiyə oyunundan sonra yola salınmalı idi Kosmosdan belə görünən penalti epizodunda lazımi qərarını vermədi. Köməkçisi isə künc zərbəsindən sonra "ofsayd" qeydə aldı. Bu briqadanı yollamaq əvəzinə saxladılar və verdilər yarımfinala. Amma elə bilirlər camaat kordur, görmür. 

- Xaqani bəy, Azərbaycanda vəziyyət necədir? Sizcə, yerli hakimlikdə inkişaf var?
- İnkişaf nədir? Yerlərində sayırlar. Hansı inkişafdan danışmaq olar?! Stuxlik məhv edib. Əliyar Ağayev mənim vaxtımda I kateqoriyaya düşdü, 2-3 ildən sonra Elitə getməli idi. Amma indi hansı oyunlara gedir?Əliyarın inkişafı üçün nə edirlər, kiminlə iş görürlər? Bunlar hakimlərin inkişafını düşünmür. Ancaq özlərini fikirləşirlər. 

- Bu işə birbaşa təsir göstərən kimdir? 
- Hakimlərin Komitəsi başda olmaqla AFFA rəhbərliyində bu işə cavabdeh olan kəslər. 

Emin Şəmsiyev
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:54

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı - YENİLƏNIR

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

Facebookdan bizi izləməyi unutmayın.
X