AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçirilmiş 4 oyununda zərurət yaranacağı təqdirdə, istifadə olunmaq üçün alınmış defibrilyator cihazları AFFA tərəfindən yerli klublara paylanıb.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, tibbi cihazlar "AVRO-2020-nin irsi proqramı” çərçivəsində təmənnasız olaraq bu mövsüm avrokuboklarda çıxış edən "Neftçi”, "Qarabağ”, "Keşlə” və "Sumqayıt”a təqdim olunub.
Azərbaycan Premyer Liqasında mübarizə aparan digər 4 kluba isə eyni avadanlıqlar 2021/22-ci il mövsümünün startı ərəfəsində veriləcək.
Xatırladaq ki, iyunun 12-də, 16-da və 20-də AÇ-2020-nin A qrupunun 3 oyunu, iyulun 3-də isə 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçirilib.