Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" qonşu ölkədə növbəti yoxlama oyununu keçirəcək.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Superliqada çıxış edən "Gaziantep"lə qarşılaşacaq.
"Boluspor" klubunun bazasında oynanılacaq matç sabah, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.