"Biz "Neftçi"ni güclü komanda kimi tanıyırıq. Amma daha güclüləri də var".
Fanat.Az xəbər verir ki, bunu Gürcüstanın "Dinamo" (Tiflis) komandasının futbolçusu Georgi Kutsiya Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan öncə deyib.
Ənənəvi mətbuat konfransına qatılan 22 yaşlı yarımmüdafiəçi matç barədə fikirlərini bölüşüb. Kutsiya əsas məqsədlərinin "Neftçi"ni keçmək və növbəti mərhələyə yüksəlmək olduğunu söyləyib: "Uduzacağımız halda, azarkeşlərimizin təzyiqindən qorxmuruqmu? Məqsədimiz Bakıda qələbə qazanıb növbəti mərhələyə adlamaqdır".
Qeyd edək ki, iyulun 14-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.
Mirağa