"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən olan "Elfsborq" (İsveç) hücumçusu Cəlal Abdullai ilə müqavilə yeniləyib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, qanalı forvard müddəti 2028-ci ilə qədər nəzərdə tutulan anlaşmaya qol çəkib.
Qeyd edək ki, "Qarabağ" "Elfsborq" ilə gələn ilin yanvar ayının 23-də səfərdə üz-üzə gələcək.