UEFA Konfrans Liqasına hazırlaşan "Keşlə" növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Sənan Qurbanovun baş məşqçisi olduğu komanda Masazırda "Sabah"la qarşılaşıb.
"Keşlə" görüşdən 2:1 qalib ayrılıb ki, 3 qoldan 2-si penaltidən qeydə alınıb. Rəşad Əhmədovun idarə etdiyi matçda bakılıların qollarını standart vəziyyətdən Rəhman Hacıyev və Azər Salahlı vurublar. "Sabah"dan isə "11 metrə"dən Slavik Alxasov fərqlənib.