Azərbaycan millisinin üzvü Rüstəm Əhmədzadənin forma geyondiyi "Minay" klubu ilə bağlı qərar qəbul edilib.
Fanat.Az xəbər verir ki, Ukrayna Futbol Assosiasiyasının qərarına əsasən, komanda 2021/22 mövsümdə yenidən Ukrayna Premyer Liqasında çıxış edəcək. Bu barədə Ukrayna Futbol Assosiasiyasının İcraiyyə Komitəsi qərar qəbul edib.
Ötən mövsüm sonuncu olduğu üçün Premyer Liqanı tərk edən "Minay" maliyyə problemləri səbəbindən çempionatda iştirakdan imtina edən "Olimpik"i əvəzləyib.