"Neftçi”nin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Olimpiakos” iştirak ərizəsini UEFA-ya təqdim edib.
Fanat.Az xəbər verir ki, baş məşqçi Pedro Martins siyahıya 24 futbolçunun adını daxil edib. Apostolopoulos, Dreger, Kalogeropoulos, Tiaqo Silva, Pepe, Pap Abu Sisse ve gənç Alqasim Banın adı heyətə salınmayıb.
Pedro Martins "Neftçi” ilə oyunda bu futbolçuların xidmətindən yararlana biləcək: Tomas Vaslik, Eymundur Kristinsson, Konstantinos Tzolakis, Tanasis Androutsos, Useyn Ba, Ruben Semedu, Andreas Buxalakis, Madi Kamara, Aqibu Kamara, Tsoumits, El Arabi, Pier Kunde, Kenni Lala, Svetazor Markovic, Georgias Masuras, Ahmed Hassan Koka, Ambila, Avraam Papadopoulos, Sokratis Papastatopulos, Oleq Ryabçuk, Tiqinyo, Marios Vrusai, Matye Valbuena.
Qeyd edək ki, "Neftçi” Yunanıstan çempionu ilə ilk oyunu iyulun 21-də (Bakı vaxtı ilə saat 23:00) səfərdə, bir həftə sonra isə Bakıda (saat 21:00) keçirəcək.
Mirağa