13:45 16.07.2021 1157

"Neftçi"nin güclənməsinə böyük ehtiyac var" - Tahir Süleymanov

Ölkə çempionu "Neftçi" Çempionlar Liqasının I təsnifat mərhələsində "Dinamo Tbilisi" klubunu üstələyərək növbəti mərhələyə adlayıb. 

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi növbəti mərhələdə Yunanıstan "Olimpiakos"u ilə qarşılaşacaq. 

"Neftçi" klubunun keçmiş vitse-prezidenti Tahir Süleymanov Fanat.Az-a komandanın Gürcüstan təmsilçisi ilə iki görüşünü şərh etdi: 

"Çempionlar Liqası və ümumilikdə avrokubok yarışları çox məsuliyyətli turnirlərdir. Ölkə klub futbolunun gücü, güzgüsü Avropada göstərilən nəticələrlə ölçülür. Bu baxımdan yarışa bir oyun, ya mərhələ kontekstindən baxılmamalıdır. Strateji hazırlıq, hədəflərin müəyyənləşdirilməsi və buna uyğun komandanın komplekləşməsi, formalaşması önəmlidir. Hədəflər yolunda hər oyun, hər mərhələ bir sınaqdır. Çempionlar Liqasında ilk mərhələ keçidi, növbəti 6 oyun deməkdir. İlk kvalifikasiya görüşləri ilə minimum 8 qarşılaşma olur. Azərbaycan çempionatının bir dövrəsindən çox edir. Qələbələr qazanılsa, qruplara kimi gedilsə, 6 matç da əlavə olunur. Bu da Azərbaycan çempionatı üçün üümumilikdə tam iki dövrə edir. Qış fasiləsinə kimi çempionatdakı oyunları da paralel olaraq nəzərə alsaq, qruplara qatılan komanda  ilin sonuna kimi 25-dən yuxarı matça çıxmalı olur. Nəzərə alaq ki, avrokuboklar "Bakı birinciliyi" deyil, günorta yuxudan durub, Abşeronda vargəl edə-edə oyunları oynayasan. Avropa uzaq səfərlər, yorucu təyyarə uçuşları, iqlim, qida dəyişikləri deməkdir. Rəqiblər, oyun keyfiyyəti, məsuliyyət isə müqayisəolunmazdır. Komanda bu marafona uyğun formalsşmalı, komplektləşməlidir.  Avrokuboklarda hər oyunu rəqiblərin gücünə, ilk görüşün nəticəsinə görə taktiki gedişlər, oyun sxeminə uyğun heyətdə önəmli dəyişiklər edilə bilər. Bunların həyata keçirilməsi üçün məşqçilər korpusunun əlinin altında kifayət qədər eyni səviyyəli, keyfiyyətli geniş heyət olmalıdır. Zədə, cəzalar olduqda qeyd olunanlar ümumiyyətlə qaçılmaz olur.

Gürcülərlə qarşılaşmalara keçməmişdən öncə yuxarıdakılar ona görə vurğulanır ki, vəziyyətin nə yerdə olduğu əyani olaraq bilinsin. Əzəli rəqibi nəzərə aldıqda  tarixə yazılacaq qələbələr qazanıldı. Qonşu ölkə futbolunda bu məğlubiyyətlər çox ağrılı qarşılanır, həzm etmək istəmirlər. "Spartak", "Dinamo" kimi komandalar üzərində qələbələr, "Neftçi"nin əzəmətini qaytarır, nüfuzunu artırır. Komanda maksimum nəticə, reytinq xalları qazandı. İlk mərhələdə bundan üstün nəticə ola bilməzdi!

Hər iki matçda qələbələrlə yanaşı komandada olan problemlər açıq-aşkar göründü. Oyunlardan öncə mətbuatda komandaya dəstək verməklə yanaşı  təzyiq olmasın deyə qısa təhlil-tənqidlərlə kifayətlənmişdik. Təəssüf ki, rəsmilər pozitiv yanaşmanı özlərinə qarşı qərəz kimi qəbul edirlər. Bakıdakı oyunöncəsi mətbuat konfransında baş məşqçi Samir Abasov komanda, transferlərlə bağlı açıq fikirlərini səsləndirdi. Bəzi rəsmilərin məntiqi ilə məşqçi kluba qarşı "qərəz" nümayiş etdirirdi? Təbii ki, yox! Mövcud durum izah olunurdu və vəziyyətdən çıxış yolları axtarılırdı. Necə ki, bu problemləri futbol ictimaiyyəti də görür, bilir, azarkeşlər arasında geniş müzakirə olunur. Deyilənlərin hamısı komandanın daha yaxşı olması, çıxış etməsi üçündür. 
 


Tbilisidəki qarşılaşmada öncədən bilindiyi kimi "Dinamo"nun daha optimal formada olacağı gözlənilirdi. Start heyətində, orta sahədə futbolçu sayı yetərincə çox olsa da, rəqibə uduzulurdu. Nəinki topa nəzarətdə, ikili rəqabətlərdə, sürətdə də futbolçularımız geri qalırdı. O anlarda qapıçı Aqil Məmmədov kritik qurtarışları ilə komandaya nəfəs verdi. Futbolçular yaxşı görünməsə də, vacib qələbə ilə evə dönüldü. Açığı, "Neftçi"nin doğma divarlar arasında, tribunaların möhtəşəm  dəstəyilə lk dəqiqələrdən daha üstün futbol sərgiləyəcəyi gözlənilirdi. Ehtiyatlı davranıldı. Futbolçular ağır yüklənmələrdən sonra optimal formalarından uzaqdılar. Psixoloji axsaqlıqlar da sezilirdi. Üstəgəl də heyət çatışmazlığı... Səfər oyununa nisbətdə sağ cinahda Mert Çelikə kömək üçün Ömər Buludov meydana çıxmışdı. Gürcü Xarabadze ilk oyunda penaltiyə səbəb olsa da, sürətli keçidləri ilə çox başağrı olmuşdu. Birinci oyunun nəticəsi və müdafiədə futbolçu kasadlığı "Neftçi"ni daha diqqətli davranmağa sövq etmişdi. "Dinamo" inamlı görünürdü. İlk hissə bərabər yekunlaşsa da, hiss olunurdu ki, qol yetişir. "Neftçi" sağ cinahı böyük ölçüdə bağlasa da, sol tərəfdə, mərkəzdə boşluqlar verirdi.  Stankoviçin təcrübəsi, inamlı oyunu çətinliklə də olsa mövqeləri bağlayırdı. Mbogj imkan vermədi... Nə yaxşı ki, ilk matçda olduğu kimi rəqib qapıçı sadə epizodda səhv etdi.

Cavab topunu vurduqdan sonra "Neftçi" ayıldı. "Dinamo"nun qapıçısı komanda yoldaşlarını sındırdı. Oyunçuların özünəinamı qayıtdıqdan sonra meydanda tam fərqli "Neftçi" var idi. Namiq Ələsgərovun qolu üzərində dayanmağa dəyər. Lavaldan arxası qapıya tərəf, çətin vəziyyətdə topu qəbul edib iki rəqibin təzyiqinə baxmayaraq, tez düşünmək, ani qərar vermək bacarığından, texniki imkanlarından istifadə edərək mükəmməl qol vurdu. Ən gözəl anlardan biri də, uzun fasilədən sonra fanat azarkeşlərin stadiona buraxılması oldu. Onlar da artıqlaması ilə komandanı dəstəkləyərək qələbəyə səslədilər, futbolçuların özgüvənini artırdılar. Şəhidlərimizin əsgər salamı ilə yad edilməsi isə futbol qələbəsindən daha böyük anlam idi. Püşkatmadan sonra təhlil-proqnoz edildiyi kimi, "Neftçi" bu heyətlə də belə gürcülərdən üstün idi və qələbələrlə öz təsdiqini tapdı.

Növbəti rəqib, "Olimpiakos" daha güclü rəqibdir.  Yunanıstanda fanatların necə çılğın olduğunu çoxları bilir. Matçın azarkeşsiz keçirilməsi ilə bağlı qərar verilib, bu da "Neftçi" üçün əlavə üstünlük ola bilər.

Tanınmış futbol mütəxəssisi klubun heyətindəki çatışmazlıqlara da toxunub: 

"Neftçi"nin güclənməsinə böyük ehtiyac var. Flaqman, Azərbaycan futbolu adına gözəl şans yaranıb. Seleksiya işi vaxtında yekunlaşsaydı, Çempionlar Liqasının qrupu da real görünə bilərdi. İndi vəziyyətə uyğun heç kimdən çəkinmədən futbol oynamaq, məğlubiyyətdən belə sarsılmamaq lazımdır. Qarşıda oyunlar var, komanda pik formasına çatıb psixoloji olaraq daha möhkəm olmalıdır. Yunanlar qorxunc rəqib deyil, onlarla da başa-baş mübarizə aparmaq mümkündür. Transferlər çox  gecikilsə də, edilir artıq. Ən böyük problem, hazır olmadıqları halda məcburiyyətdən meydana çıxmaları olacaq. Heç bir fərdi məşqlər komanda halında təlim-məşq toplanışlarının yerini verə bilməz. Funksional hazırlıqsızlıq fonunda yeni gələnlərin zədə alma ehtimalı da artır. İstənilən halda hamı bir yumruq kimi birləşib Azərbaycan futbolu, "Neftçi" adına dəstəyini əsirgəməməlidir".

Röya Kərimli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

Facebookdan bizi izləməyi unutmayın.
X