Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, o, iyulun 21-də UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iş başında olacaq.
Xudiyev Qazaxıstanın Almatı şəhərindəki Mərkəzi stadionda keçiriləcək "Kayrat” (Qazaxıstan) – "Srvena Zvezda” (Serbiya) matçının hakim-inspektoru funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, ötən həftə də Xudiyev "Kayrat"ın oyununa təyinat almış, qazaxların ÇL-in 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutan "Makkabi"(Hayfa) ilə görüşündə hakimlərin işinə qiymət vermişdi.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol