14:44 20.07.2021 952

"Bizə göstərilən etimadı doğrultduq" - İsmayıl Abdullayev

Bu gün "Neftçi TV"nin fəaliyyətə başlamasının 1 ili tamam oldu. 

Fanat.Az əlamətdar günü nəzərə alaraq "Neftçi TV"nin redaktoru, aparıcısı və şərhçisi İsmayıl Abdullayevin fikirlərini öyrəndik. 

"Diqqət və təbrikinizə görə minnətdaram. Bəli, artıq 1 yaşımızı qeyd edirik, amma bu vaxtın hardan, necə gəlib keçdiyini özümüz də hiss etmədik. Bizi nələrin gözlədiyini bilirdik. Amma qorxmadıq, çəkinmədik və ən əsası "Neftçi" adına layiqli bir iş ortaya qoymaq üçün böyük yola çıxdıq. Özü də kiçik heyətlə. Buna baxmayaraq düşünürəm ki, bu müddət ərzində bizə göstərilən etimadı doğrultduq. Bunu həm siz həmkarların, həm "Neftçi" fanatlarının, həm də digər izləyicilərin dediyi, yazdığı xoş şərhlərə əsasən deyirəm.
 

 
Gördüyümüz işlər də maşallah məhsuldar olub. İstər videoçarxlar, istər xəbər bloqumuz, istər hazırladığımız müxtəlif məzmunlu verilişlər, istərsə də canlı bağlantılarımiz izləyicilərin zövqüncə olub. Hətta adlarını belə sadalaya bilərəm: "Neftçi xəbər", "Oyun günü", "Piramida", "Fanzona", "Bir sevgi", "Neftçinin tarixində", "Unudulmaz xatirələr", "Ulduz stansiyasi", "Həmsöhbət", "Topdan gülüş", "Neftçi mediada",  məşq və oyunlardan canlı reportajlar, şərhlər, əyləncə xarakterli çellenclər, kreativ futbolçu təqdimatları və s. Amma əlbəttə ki, müəyyən çatışmazlıqlar, problemlərlə də üzləşdik. Bunsuz isə təbii ki, mümkün deyil. Ən əsası düşünürəm ki, "Neftçi" azarkeşləri ilə klub arasındakı körpü rolunu düzgün və layiqli şəkildə oynamağa çalışırıq. Bundan sonra da bu məsuliyyətli və şərəfli işin öhdəsindən gəlməyə maksimum şəkildə səy göstərəcəyik".
 


Kanalın gələcək planlarından da bəhs edən tanınmış şərhçi qeyd etdi ki, "Gələcək planlarımız hədsiz dərəcədə çoxdur. İlk növbədə kabel TV-yə çıxmaq kimi niyyətimiz var və hazırda bunun üzərində işlər gedir. Bunun reallaşacağı təqdirdə əlbəttə ki, heyətimiz də genişlənəcək və yeni-yeni layihələrin da sayı artacaq. Sağlıq olsun, yeni mövsümdə aşağı yaş qrupları üzrə komandaların çempionatları da bərpa edilsin, o zaman onların da turnirləri, məşqləri və oyunları haqda geniş materiallar hazırlamağı planlaşdırırıq. Çünki "Neftçi TV"nin fəaliyyəti təkcə A və B komandalarımızın çıxışına dair deyil. Ən kiçik uşaq futbolçumuzun belə hazırlığını, matçını çəkib işıqlandırmaq, onlarda ruh yüksəkliyi yaratmaq, futbolun kütləviliyinin artırmaq, ən əsası isə "Neftçi"mizin, millimizin uğurlarına sevinib onu işıqlandırmaq əsas məqsədimizdir".
 
Fanat.Az olaraq "Neftçi TV”nin kollektivini təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!

Röya Kərimli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

Facebookdan bizi izləməyi unutmayın.
X