"Olimpiakos" - "Neftçi" oyununda ağır zədə alan Namiq Ələsgərovun durumu ciddiliyini qoruyur. Baxmayaraq ki, bakılıların hücumçusu "Instagram" səhifəsində paylaşım edərək "hər şey yaxşıdır” deyib.
Fanat.Az-ın məlumatına görə, Ələsgərov sabah əməliyyat olunacaq.
"Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev saytımıza açıqlamasında futbolçunun hələ də xəstəxanada olduğunu deyib: "Namiq hələ də xəstəxanadadır. Həkim yoxlayıb, müayinələr davam edir. Həkimlərin son rəyi gün ərzində açıqlanacaq. Hələlik o məlumdur ki, Namiqin burun və üz nahiyəsində bir neçə sınıq var. Çox güman ki, sabah əməliyyat olunacaq. Neçə müddət oynaya bilməyəcəyi sabahkı əməliyyatdan sonra dəqiqləşəcək”.
Xatırladaq ki, Namiq UEFA Çempionlar Liqasında II təsnifat mərhələsi çərçivəsində baş tutan "Olimpiakos” – "Neftçi” qarşılaşmasının ilk yarısının sonlarında ağır zədə alaraq, oyunu yarımçıq tərk edib.
Mirağa