18:57 22.07.2021 754

"Neftçi"nin həkimi Namiqin durumunu incələdi

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın "Olimpiakos” klubu ilə dünən keçirilmiş ilk matçın 43-cü dəqiqəsində rəqib futbolçudan üzünə zərbə alan Namiq Ələsgərovun vəziyyətinə aydınlıq gəlib. 

Fanat.Az xəbər verir ki, komandanın baş həkimi Şaiq Zöhrablı bu haqda klubun rəsmi saytına açıqlama verib:
 
"Oyun vaxtı aldığı zədə ilə əlaqədar Namiqə əvvəlcə meydanda, sonra paltardəyişmə otağında ilkin müdaxilələr edildi. Daha sonra diaqnozun dəqiqləşdirilməsi məqsədilə stadionun yaxınlığındakı klinikada kəllə sümükləri kompüter tomoqrafiyası olundu. Nəticədə, burun qanadlarında, əng sümüyündə - frontal və yan hissədə olmaqla 3 ədəd sınıq müşahidə edildi. Xəstəxanada yenidən müdaxilələr olundu. Sonra Namiq bizim maksimum nəzarətimizlə Bakıya gətirildi və bu gün klinikaya yerləşdirildi. Həm üz-çənə cərrahiyyəsi həkimləri, həm də burun-boğaz üzrə uzman doktorlar ümumi olaraq bu nəticəyə gəldik ki, hazırda Namiqin vəziyyəti ilə əlaqədar əsas problem olan hissə əng sümüyündəki frontal və yan hissədə olan sınıqla əlaqədardır. Bunun nəticəsində əng hissəyə sızan möhtəviyyat və xırda hava qabarcıqlarının ilk növbədə işlənməsi lazımdır. Burun-boğaz cərrahları ilə görüşdən sonra belə qərara gəldik ki, hazırda burun sümüklərində olan qırıqlara görə təcili əməliyyata ehtiyac yoxdur. Yəni hazırda burun çəpəri ilə bağlı ciddi narahatlıq yoxdur. Sonradan lazım olsa, rekonstruksiya və plastik məqsədilə bu əməliyyat icra edilə bilər. Amma hazırda əng sümüyündə olan deffektlə bağlı əməliyyat planlaşdırıldı. Bu əməliyyat sabah icra olunacaq. Sonra maksimum bir ay ərzində həm müalicə, həm də bərpa məsələləri həll olunacaq və Namiq komanda ilə məşqlərə qoşulacaq”.
 
Qeyd edək ki, ötən mövsüm Premyer Liqanın bombardiri olan Namiq Ələsgərov bu mövsüm Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin Tiflis "Dinamo”su ilə hər iki oyununda qola imza atıb.
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X