UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 28-də saat 21:00-da "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Olimpiakos” oyunu öncəsi "ağ qaralar"ın baş məşqçisi Samir Abasov və futbolçu Sabir Buqrinin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
Fanat.Az xəbər verir ki, tədbir iyulun 27-i saat 20:30-dan etibarən "Bakcell Arena”da keçiriləcək. Konfransdan sonra, saat 21:00-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq. Hər iki tədbir "Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
"Olimpiakos”un mətbuat konfransı və açıq məşqi isə iyulun 27-də Yunanıstanda keçiriləcək. Bakı vaxtı ilə saat 10:30-da klubun təlim-məşq bazasında rəqib komandanın açıq məşqi, 13:00-da isə "Georgios Karaiskakis” stadionunda "Zoom” proqramı vasitəsilə mətbuat konfransı təşkil olunacaq. Konfransda iştirak etmək istəyən KİV nümayəndələri üçün "Zoom” proqramının linki paylaşılacaq.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol