Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisində yerləşən "AFFA" şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejiminin tələblərinin pozulması müəyyən edilib.
Fanat.Az xəbər verir ki, adı çəkilən şadlıq sarayının icarədarı R.Məmmədov təşkil edilən toy mərasimi ilə bağlı məlumatları "icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək məclisin baş tutmasına şərait yaradıb.
Yol verilən qayda pozuntusu ilə bağlı obyektin icarədarı 4000 manat məbləğində cərimə olunub.
Mirağa