Ağdam təmsilçisinin üzvü Rahil Məmmədovun Türkiyəyə yollanma səbəbi məlumdur.
Bu barədə Fanat.Az-a klubun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. Klubun sözcüsü Rahilin qardaş ölkədə əməliyyat olunacağını bildirib.
Hakimlər Rahilə "Sağ tərəfli qasıq yırtığı" diaqnozu təyin edib. Futbolçu Türkiyəyə Avqustun 12-də yollanacaq və "BHT CLİNİC İstanbul Tema Hastanesi" həkimləri tərəfindən əməliyyat olunacaq.
Xatırladaq ki, Rahil "Aşdod"la səfər matçında zədələnərək meydanı tərk etmişdi.
Röya