"Sabah”ın futbolçuları Slavik Alxasov, Coy-Lens Mikels və Coşqun Diniyev klubun "Youtube” kanalına açıqlama verib.
Fanat.Az xəbər verir ki, futbolçular komandanın təlim-məşq toplanışını dəyərləndiriblər:
Slavik Alxasov: "10 gündür ki, Tiflisdəyik. Məşqlərimiz yüksək tempdə gedir. Çalışırıq ki, çempionata tam hazır olaq. Yoxlama oyunları bir az çətin olur. Məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Çempionata hələ 20-25 gün var. O vaxta qədər hamımız komanda şəklində hazır olarıq”.
Coy-Lens Mikels: "Burada hər şey çox yaxşıdır. Məşqlərimiz çox gərgin keçir. Burda olmaqdan çox şadam. Yaxşı komandamız var və gündən-günə özümüzü inkişaf etdiririk. Mən isə hələ ki, ideal formamdan bir qədər uzağam. Tezliklə öz formamı bərpa etmək üçün əlimdən gələni edəcəm”.
Coşqun Diniyev: "Təlim-məşq toplanışımız gərgin keçir, yeni mövsümə yaxşı hazırlaşmaq üçün tam güclə çalışırıq. 10-12 gündür burdayıq. İlk yoxlama oyununda qələbə qazansaq da, ikincidə uğursuz olduq. Hər iki oyun bizim üçün faydalı oldu. Daha iki oyunumuz qalıb. Bu matçlardan maksimum şəkildə istifadə etməyə çalışacağıq. Məşqçilər korpusu da çalışır, əllərindən gələni edirlər ki, tam formamızı düzəldək. Mövsüm öncəsi 70-80 faiz hazır olduğumuzu düşünürəm. Son nöqtələr qalıb, inşallah, onları da yaxşı tamamlayarıq”.