Azərbaycanlı futbolçu - "Mariupol"da (Ukrayna) çıxış edən Eldar Quliyevin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi Ukraynanın digər Ukrayna təmsilçisi "Minay"a transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Eldar Quliyevin Azərbaycan millisinə çağırılacağı haqda məlumatlar da yayılıb. "Minay"da Azərbaycan millisinin üzvü Rüstəm Əhmədzadə çıxış edir.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol