"Bütün klublarımıza uğurlar arzu edirik. Dünənki oyunlar bir az üzücü oldu. Amma bu, futboldur, belə hallar olur. "Neftçi" və "Qarabağ"a uğurlar arzu edirəm. İnanırıq ki, bizi sevindirərlər"
Fanat.Az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün püşkatma mərasimində deyib.
O, yeni mövsümdə maraqlı çempionat gözləyir: "Bəzən klub rəhbərləri, məşqçilər çempionatın zəif olduğunu deyirlər. Belədirsə, "Qarabağ" avrokuboklarda necə uğur qazanır, çempionluq yarışı necə son turadək davam edir? Gərək, əvvəlcə özlərində səhv axtarsınlar".
Musayevin sözlərinə görə, komandalar avrokuboklarda uğurlu çıxış üçün daha tez hazırlaşmalıdırlar: "Bəzən komandaya yeni gələn futbolçu öz məşqçisinin adını bilmir. Avrokubok mövsümünə qışda hazırlaşmaq lazımdır ki, sonra başqasında günah axtarmasınlar".
PFL prezidenti yeni əsasnamədə bəzi dəyişiklər olduğunu vurğulayıb.
Mirağa