09:00 03.08.2021 797

\"İdmançıların ictimai statusunu dərk etməməsi nədən qaynaqlanır?\" - Cahangir Həsənzadə şərh edir

İdmançılar bütün cəmiyyətlərin sayılıb-seçilən qrupudur. Həmçinin Azərbaycanda idman adamlarına hər zaman xüsusi hörmətlə yanaşılıb, beynəlxalq miqyasda qazanılan uğurlar daim önə çəkilib. Odur ki, idmançıların da üzərinə düşən onlara bəslənən sevgi və hörməti layiqincə doğrultmaqdır. Lakin təəssüf ki, bəzən məyusluq yaşadan hallara rast gəlirik. İstər günümüzün ayrılmaz hissəsinə çevrilmiş sosial şəbəkələrdə, istərsə də adi həyatda zaman-zaman onlarla bağlı xoşagəlməz məqamlar gündəmə gəlir.

İdmançıların ictimai statusunu dərk etməməsi nədən qaynaqlanır? Onların bu yöndə maarifləndirilməsi işi necə aparılmalıdır?

Fanat.Az bu barədə idman mütəxəssisi Cahangir Həsənzadənin fikirlərini öyrənib.

AFFA-nın Texniki direktoru belə halların sosial şəbəkələrin "ehtiyaclar"ı olduğunu deyir:  "Hər kəs öz düşüncəsinə görə addım atır. Bəzisi nə etsə də fikirləşir ki, bu hərəkət qeyri-etik sayılmır. Digər tərəfdən, bu kimi hallar sosial şəbəkələrin yaratdığı dırnaqarası ehtiyaclardır. Fərqli hesab etdikləri paylaşımlarla çoxlu baxış, bəyənmə sayı yığacaqlarını düşünüb, addım atırlar. Mənə görə, idmançılar təkcə karyerası ilə yox, fərqli çevrələrdəki davranışlarıyla da nümunə olmalıdır. Xüsusən Azərbaycanda istənilən uğurlu idmançını insanlar tanıyır, sayıb-seçir. Yığma komandanın üzvü, Avropa və dünya səviyyəsində nəticə qazanmış biri həmin səviyyəyə çatmaq üçün çox çətinliklərdən keçir. Heç kim qarşısına qoyduğu məqsədlərə asanlıqla nail olmur. Ələlxüsus idmançılar nə qədər məhrumiyyətlərlə qarşılaşır. İdmançı illərlə çəkdiyi zəhmətin dəyərini anlamalıdır. Nüfuzunu bu dərəcədə rahatlıqla xərcləməməlidir. Hər yerdə olduğu kimi, bizim özümüzdə də cəmiyyətdə özünə yaxşı mövqe tutmuş, hərtərəfli hörmət qazanmış idmançılar var. Çox xoş olar ki, digər idmançılar belələrinə baxıb, öyrənsinlər. İstəmirlərsə, bu, artıq onların öz seçimidir".

İdmançıya ictimai məsuliyyət anlayışını erkən dövrdə aşılamağın vacibliyini önə çəkən mllimizin keçmiş qapıçısı, maarifləndirmə missiyasının ilk növbədə məşqçilərin üzərinə düşdüyünü bildirir: "İdmançının böyük miqyaslı nəticələrə bəlli bir dövrdə nail olduğunu nəzərə alsaq, onlara ictimai məsuliyyətin hansı əhəmiyyət kəsb etdiyini erkən yaşlardan anlatmaq lazımdır. Çünki yetkinlik çağında nəyisə dəyişmək çox mürəkkəb məsələdir. Məsuliyyət birbaşa məşqçilərin üzərinə düşür. İdmançının qarşısına bir düstur qoyulub izah edilməlidir ki, sən gələcəkdə peşəkar biri olmaq istəyirsənsə, bu yolla irəliləməlisən. Qarşıda böyük məqsəd varsa, irimiqyaslı işlər, xırda detallar deyə bir fərq yoxdur. 
Əndazəni aşan istənilən addım qınanmalıdır. Əks halda, səhvlər davamlı və qarşısıalınmaz xarakter alır. Nəticədə, bəzən xoşagəlməz məsələlərə şahidlik edirik. Bu kimi hallar bir idman adamı kimi məni də narahat edir".
 
Sahib Əsədbəyli
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

Facebookdan bizi izləməyi unutmayın.
X