Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi Polşaya yollanıb.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, səfərin məqsədi legioner həyatı yaşayan millinin üzvləri Mahir Emreli ilə Anton Krivotyukun çıxış etdiyi komandaların oyunlarını izləməkdir.
Qeyd edək ki, Anton Krivotsyukun çıxış etdiyi "Visla Plock” klubu avqustun 9-də Polşa çempionatının 3-cü turunda "Radomiak” klubu ilə qarşılaşacaq. Mahir Emrelinin formasını geyindiyi "Legia” isə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində avqustun 10-da "Dinamo” (Zaqreb, Xorvatiya) klubu ilə üz-üzə gələcək.