"Neftçi"dən ayrılan Azərbaycan millisinin üzvü Namik Ələskərovun "Bursaspor"a keçidi rəsmiləşmək üzrədir.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, ötən gün Türkiyəyə yollanan futbolçu tibbi müayinədən keçib. 26 yaşlı yarımmüdafiəçi I liqa təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq.
Namikin "Adanaspor"a qarşı mövsümün ilk turunun matçında meydana çıxması gözlənilir. Burnundakı zədəsi tam sağalmayan Ələskərov xüsusi üz maskası ilə oynayacaq.
Qeyd edək ki, Namik Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edirdi. Futbolçu son mövsümdə Azərbaycan çempionu və 19 qolla Premyer Liqanın bombardiri olub.