"Namiki 14 yaşından tanıyıram. Bunu çox adam bilmir. Federasiyada işləyəndə Ələskərov Təbriz Həsənovun başçılığı altında yığmada çıxış edirdi. Həmin vaxt "Bakı"nın aşağı yaş qruplarında oynayırdı. Zədələri olurdu, hətta Almaniyaya da göndərmişdik".
Fanat.Az "Neftçi TV"yə istinadən xəbər verir ki, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev klub televiziyasına müsahibəsində Namik Ələsgərovun Türkiyənin "Bursaspor" komandasına keçidi ilə bağlı yaranmış qalmaqal barədə danışarkən deyib.
Funksioner bildirib ki, Ələskərov artıq Artıq uşaq deyil: "Özünün övladı var. Hər ikimiz bir-birimizi yaxşı tanıyırıq. Mən "Neftçi"yə yeni gələndə Namikin baş məşqçi ilə müqavilə barəsində problemləri var idi. Bütün bunlara baxmayaraq, onun başqa kluba getməyinə imkan vermədik. Çünki o da komandaya xeyir verdi. Namikə hər zaman dəstək olmuşuq.Ötən mövsüm Ələskərovun karyerasının zirvəsi idi".
Quliyev 26 yaşlı yarımmüdafiəçinin gedişinə insan olaraq, heyfisləndiyini söylləyib: "Klub prezidenti kimi isə bunu qəbul edə bilmirəm. Çünki qarşımızda nə qədər böyük işlər var idi. Deyirlər ki, futbolçuya yaxşılaşdırılmış şərtlərlə heç bir təklif gəlməyib. Bu, tamamilə yanlış informasiyadır". /Report/