22:02 21.08.2021 1062

APL: "Qəbələ" və "Sumqayıt" 2-ci turda da büdrəmədi

Bu gün Azərbaycan Premyer Liqasında ikinci tura start verilib.
 
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
 
Günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə "Keşlə" arasında keçirilib. İlk yarıda 2 top vuran meydan sahibləri fasiləyə üstün yollanıb. Qonaqlar matçın 76-cı dəqiqəsində Abanqın vurduğu baxımlı qolla hesab arasındakı fərqi azaltsalar da, daha artığına gücləri çatmayıb. Beləliklə, ilk turda qələbə qazanan qəbələlilər mövsümün ikinci matçını da maksimum nəticə ilə başa vurub.
 
Digər görüş Sumqayıtda reallaşıb. Birinci turda səfərdə "Keşlə"ni yenən "kimyaçılar" "Sabah"ı qəbul edib. 2 cavabsız qolla qalib gələn Ayxan Abbasovun komandası yerli tərəfdarları sevindirib.
 
Tura avqustun 22-də keçiriləcək "Zirə" - "Neftçi" və "Qarabağ" - "Səbail" matçları ilə yekun vurulacaq.
 
Premyer Liqa
2021/22 mövsümü
I dövrə, II tur
 
21 avqust
18:00. "Qəbələ” – "Keşlə” 2:1
Qol: Yaovi Akakpo, 11; Rafael Utriq, 30 -  Anatole Abanq, 76
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu
 
Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Ürfan Abbasov (k), 17. Yaovi Akakpo, 8. Stefan Vukçeviç, 23. Rafael Utriq, 5. İsnik Alimi, 4. Ruan Renato, 12. Rüfət Əhmədov.
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli.
Baş məşqçi: Elmar Baxşıyev.
 
Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 9. Anatole Abanq, 77. Merab Giqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 21. Miyuşko Boyoviç, 17. Omar Qudiabi, 22. Elçin Mustafayev, 50. Samir Abdullayev.
Baş məşqçi: Sənan Qurbanov.
 
20:00. "Sumqayıt” –"Sabah” 2:0
Qol: Əli Qurbani, 32; Tellur Mütəllimov, 77 
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
"Kapital Bank Arena”
 

Sumqayıt: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 74. Yusif Nəbiyev, 5. Camaləddin Xocaniyazov, 8. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 60. Elvin Məmmədov, 2. Dmitro Nağıyev, 33. Eltun Turabov, 20. Roman Hüseynov, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 37. Nicat Əliyev, 27. Nihad Ağayev.
Baş məşqçi: Ayxan Abbasov.

Sabah: 1. Səlahət Ağayev, 7. Coşqun Diniyev, 14. Slavik Alxasov (k), 2. Amin Seydiyev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 26. Fofana Tiemoko, 17. Xuan Kamara, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 8. Şakir Seyidov.
Ehtiyat oyunçular: 16. Saşa Stamenkoviç, 32. Rustəm Samiqullin, 5. Arsen Ağcabəyov, 21. İldar Alekperov, 6. İdris İnqilablı, 77. Veysəl Rzayev, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov.
Baş məşqçi: Ramin Quliyev.

 
 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X