22:59 21.08.2021 584

"Bu iki qələbə bizi aldatmamalıdır" - Ayxan Abbasov

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 2-ci turunda "Sabah"a qarşı keçirdikləri oyunu dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, mütəxəssis 2:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında belə danışıb:
 
- Azarkeşlərimizə təşəkkür edirəm. Möhtəşəm idilər. Belə atmosfer üçün darıxmışdıq. Bütün komandanı təbrik edirəm, meydanda yaxşı kollektiv gördüm. Rəqibin baş məşqçisinə uğurlar arzu edirəm. Onlara vaxt lazımdır. "Sabah"ın qələbə üçün oynayacağını bilirdik. Komandamızı bu oyuna hazırlaya bildik, yaxşı qələbə idi. Qarşımızda uzun marafon var. İnanıram ki, çatışmazlıqları aradan qaldırıb yolumuza davam edəcəyik.
 
- Rəhim Sadıxov son iki oyunda yaxşı performans sərgiləyir. Belə çıxışının səbəbi nədədir? 

- Rəhimi bura böyük ümidlərlə gətirmişik. Düşünürəm ki, milli komandanın da aparıcı futbolçusuna çevriləcək. Ona vaxt lazımdır. Bu gün tək Rəhim deyil, başqa önəmli futbolçularımız var. Rəhimlə dünən danışdım və ona Azərbaycan futbolunun önəmli simalarından biri olacağını dedim.
 
- Fasiləyə lider olaraq yollanırsız. Fasilədən sonra da mövqeyinizi qorumaq üçün nə etmək lazımdır?

- Bu iki qələbə bizi aldatmamalıdır. Düzdür, bizdən futbolçular gedib, digər komandalar kimi çox transfer edə bilməmişik. Biz öz oyunçularımızı saxlamağı bacardıq. Biz lider də ola bilərik, sonuncu da, beşinci də. Bu, bizi həvəsdən salmamalıdır.
 
- Heyətdə dəyişikliklər var idi. Bu, nəyə hesablanmışdı?

- Görürsüz ki, iki oyun arasında heyət baxımından dəyişiklik var. Deməli, komandada rəqabət var. Telluru həm solda, həm də sağda oynada bilərik. Bu gün sağ cinahda yaxşı çıxış etdi. Yusif ötən mövsüm az oynayıb. Onda da özünə inam yaratmaq istəyirik.
 
- Səbuhi Abdullazadə limitə görə əsas heyətdə oynayır, yoxsa istədiyiniz üçün?

- Səbuhi ilk matçda dayaq yarımmüdafiəçisi kimi oynadı və yaxşı təsir bağışladı. Onu limitə görə oynatmırıq. 
 
- Rüfət Abdullazadənin çıxışını necə qiymətləndirirsiz?

- Rüfətə vaxt lazımdır. O, Xəyal Nəcəfovdan daha yaxşı ola bilər. Azərbaycanda tək-tük oyunçu var ki, cərimə meydançasında bütün məsuliyyəti öz üzərinə götürüb, nəsə edə bilər.
 
- Rəqib sona yaxın hücumlar edəndə çox gərgin idiz. Bu, nə ilə bağlı idi?
- Rəqib son 10 dəqiqədə cərimə meydançamıza uzun toplar göndərirdi. Tellur və Yusif də artıq yorulmuşdu. Son dəqiqələrdə qol buraxmaq çox təhlükəlidir. Sumqayıtda uduzmaq istəmirdik, bunun da gərginliyi ola bilər.
 
- Ötən mövsümün burada keçən oyununda "Sabah" qələbə qazanmışdı. Bu matçı revanş kimi düşünmək olar?

- Xeyr. "Sabah" maraqlı komandadır. Belə nəticələrə revanş kimi baxmırıq. Futbolda udmaq da olar, uduzmaq da.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X