“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, doğma meydanda 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyun oldu. Xüsusilə, ikinci hissə yaxşı alındı. Hava şəraiti ilk yarıda tempə təsir edirdi. Oyun bizim üçün pis getmirdi. Rəqibin səhvini gözləyirdik. Oyunu bərabərləşdirdiyimiz anda o cür qol buraxmağımız komandaya pis təsir etdi. Ancaq oyundan qopmadıq. Gənc məşqçiyəm, il ərzində hakim səhvlərindən yorulmuşam. Onların mənim leyhimə və ya əleyhimə səhvlər etməsini istəmirəm. Əks-hücumdan qol buraxdıq. Bununla belə, mübarizə apardıq. Hesab arasındakı fərqi azaltsaq da, məğlubiyyətdən qaçmaq üçün vaxt yetmədi. “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm”.