"Səbail” klubu “Fitogether” şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Anlaşmaya əsasən, elektron performans izləmə sistemlərinin (EPTS ) istehsalı ilə məşğul olan şirkət ilə bağlanan müqavilənin müddəti 1 ildir.
“Fitogether” şirkətinin “OhCoach” sistemi FIFA “Keyfiyyət sertifikatı” proqramı üzrə ixtisaslaşıb. Sistem həmçinin, “Beynalxalq oyun standartları sertifikatı”na (IMS) sahibdir. “OhCoach” sistemi oyunçuların hazırlığının izlənilməsi, performanslarının qiymətləndirilməsi və faktiki analizlərin dəyərləndirilməsini özündə birləşdirir.