I Divizionda yeni mövsümə hazırlaşan "Səbail"in əvəzedici komandası yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Ruslan Qafitullinin komandası Region Liqasında yarışacaq "Mübariz"lə üz-üzə gəlib. "ASCO Arena"da baş tutan görüşdə meydan sahibləri rəqibini 11 cavabsız qolla məğlub edib.
Qeyd edək ki, həvəskarlardan ibarət "Mübariz" komandası bir müddət əvvəl "Kəpəz"lə oyunda eyni aqibəti (0:10) yaşayıb.
Mirağa