17:26 30.08.2021 984

\"Alan razı, satan razı\" və ya \"cücəni payızda sayacağıq\"

Azərbaycan Premyer Liqasında mövsüm avqustun 14-də start götürüb. Cəmi 2 tur arxada qaldıqdan sonra isə çempionatda uzun fasilə yarandı. Bu gün açıqlanan təqvimə əsasən məlum olur ki, klublar nə az-nə çox - 19 gün "məcburi istirahət" edəcək.

Doğrudur, bu arada yığma DÇ-2022-nin seçmə mərhələsində iştirak edərək 3 rəsmi oyun keçirəcək. Ancaq seçmə oyunlar 1-7-si aralığında, yəni cəmi bir həftə ərzində baş tutacaq. Bir həftə də hazırlıq (3 gün millinin oyununa, 3-4 gün çempionatın növbəti turuna) üçün kifayət edərdi. Belədə 19 günlük fasiləyə nə ehtiyac var? Axı klubların haqqı pozulur. Eləsi var ki, çempionatda əla start götürüb və uzun fasilə komandanı tonusdan sala bilər.

Futbolçuların təxminən üç həftəlik düşərgədən uzaq qalması komandalarının oyununa necə təsir göstərəcək?

Fanat.Az Premyer Liqa klublarından bir neçəsinə müraciət edərək baş məşqçilərin fikirlərini öyrənib.

Ayxan Abbasov (Sumqayıt): "Bu cür vəziyyət ilk dəfə deyil ki, ölkə futbolunda yaşanır. Berti Foqtsun dönəmindən bəri yığmanın seçmə mərhələdə iştirakına görə Premyer Liqada belə fasilələr yaranır. Almaniyalı mütəxəssisdən sonra gələn məşqçilər də bu yoldan istifadə edirlər. Canni de Byazi də bunu tələb edib. Yığmamızın daha yaxşı məşq keçməsi üçün əlavə 1 həftə istənilir. Artıq klublarımız da bu fasilələrə öyrəşiblər. Çünki yığmanın uğuru bizim də uğurumuzdur. Bunun üçün hər birimiz əlimizdən gələn dəstəyi göstərməliyik. Ümumi götürsək, 3 həftə klublar üçün uzun fasilədir. Yeni mövsümün startından 2 tur sonra bu qədər fasilənin yaranması hardasa oyunlarımıza mənfi təsir göstərə bilər. Bunun yaşanmaması üçün isə yoxlama görüşləri hesabına balansı qorumağa çalışırıq. Yenə də əlimizdən gələni edəcəyik ki, bu amil komandamızın oyununa mənfi təsir göstərməsin".

Elmar Baxşıyev (Qəbələ): “Bu durumla tək biz qarşılaşmamışıq, şərtlər bütün klublar üçün eynidir. Həm də belə uzunmüddətli fasilə birinci dəfə baş vermir. Həmişə belə olub. Bunu artıq normal qarşılayırıq. Milli komandanı da düşünmək lazımdı. Düşünmürəm ki, bu fasilənin mənfi təsiri olsun. Düzdür, mövsümə yaxşı başlamışıq, startda məğlub olmadıq, 2 oyunda 4 xal əldə etdik. Ancaq bizim də problemlərimiz var. Fasilə daha yaxşı komplektləşməyə imkan verəcək. Öz üzərimizdə işləyə bilərik”.

Ramin Quliyev (Sabah): “Əlbəttə, milli komandanın oyunlarıyla bağlı yaranmış 3 həftəlik fasilə komandalara müxtəlif cür təsir edə bilər. Sırf bizim komandadan danışırıqsa, heyətimizdə olan zədəli və səhhətində problem olan futbolçuların sağalıb sıraya qayıtması, həmçinin yeni transferlərin komandaya daha yaxşı uyğunlaşması baxımından müəyyən müsbət təsirləri ola bilər. Lakin hazırda bir neçə futbolçumuz gənclərdən ibarət millimizin düşərgəsindədi ki, bu da, yenə tam heyətlə məşq etməyimizə mane olur. Ancaq istənilən halda bu fasilə hamı üçündür. Burda olan həm mənfi, həm də müsbət amillər bütün komandalar üçün keçərlidir. Bundan başqa, nəzərə almalıyıq ki, bu cür fasilə sırf milli komandanın uğurlu çıxışına hesablanıb. Komandanın qarşıdakı oyunlara daha yaxşı hazır olması üçün bu fasilədən maksimum istifadə edəcəyik”.

Sənan Qurbanov (Keşlə): “Fasilə milli üçün nəzərdə tutulub. Klublara da faydalı olacaq. Çünki ilk iki turda hər kəs zəif cəhətlərini müəyyənləşdirdi. Fasilə problemlərin üzərində işləmək üçün yaxşı fürsətdi. Konkret, durum “Keşlə”ni qane edir. Yeni transferlər komandaya tam uyğunlaşacaq. Bəzi oyunçuların uyğunlaşması bir az artıq vaxt tələb edir. Çempionat uzun marafondu. Biz hələ yolun başlanğıcındayıq. Bu arada hazırlıq görüşləri keçiririk. Dünən “Sumqayıt”la qarşılaşdıq. Daha bir oyun planlaşdırırq". 

Nə deyirik, təki yığma-klub mənafe toqquşmasında uduzan tərəf olmasın. Sentyabrın 11-dən sonra üç həftəlik "istirahət"in klubları "axsadıb-axsatmadığını" görəcəyik. 

Mirağa 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2025
13:11

Azərbaycan millisi ilk qələbə həsrətinə son qoya biləcək?

12:48

"Barselona"nın futbolçusu bu kluba keçmək üzrədir

12:18

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:56

"İndi beynəlxalq oyunlar üçün yaxşı vaxt deyil" - Tomas Tuxel

11:33

Azərbaycan basketbolçuları mübarizəyə başlayır

11:15

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:56

Donnarumma 0:3-ü belə şərh etdi

10:02

DÇ-2026: İngiltərə ilə Niderlandın səfər sınağı - YENİLƏNİR

09:34

Azərbaycan millisi Latviya ilə üz-üzə - YENİLƏNİR

09:00

Spalletti Norveçdəki fiaskodan sonra nə danışdı?

00:57

DÇ-2026: İtaliya darmadağın oldu, Xorvatiya 7 cavabsız qol vurdu

00:29

Əliyar Ağayev "Lujniki"də avtoqol qeydə aldı, 4 vərəqə göstərdi

06 İyun 2025
23:18

MY forvardını İtaliya nəhənginə sata bilər - MƏBLƏĞ

22:56

Yuriçin A Seriyası klubuna təyinatı rəsmiləşdi

22:17

Assinyon Bundesliqa klubunda - RƏSMİ

21:40

Azərbaycan millisi Qazaxıstana qalib gəldi

21:05

"Seçmə mərhələyə hazırlaşmaq üçün yaxşı zəmindir" - AFFA-nın baş katibi

20:39

AL-in son qalibi qovuldu - RƏSMİ

20:13

"Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq" - Fernandu Santuş

19:55

Azərbaycan millisini Riqada neçə azarkeş dəstəkləyəcək?

19:14

"Roma" Qasperiniyə tapşırıldı - RƏSMİ

18:44

DÇ-2026-nın 10 iştirakçısı bəllidir - ADLAR

18:19

Qasperininin yerini Yuriç tutacaq

17:45

"Azərbaycan millisi ilə keçmişdəki oyunlara baxmırıq" - Latviya yığmasının baş məşqçisi

17:16

Belçika millisinin sabiq çalışdırıcısı İtaliya yolunda - SON DURUM

16:39

Bekhem "Cəngavər" olacaq

16:20

Özbəkistan millisinin futbolçularına prezidentdən hədiyyə

15:47

Federasiya rəsmisi Avropa Qızıl Liqası oyunlarına təyinat aldı

15:17

Yamal son 112 ildə ilk belə futbolçudur

14:50

Messi üçüncü dəfə bu mükafata sahib çıxdı

14:12

Azərbaycan millisi Belarusa yollandı

13:55

"Premyer Liqada oynayan heç bir qapıçıdan zəif deyiləm" - Orxan Sadıqlı ən böyük arzusunu dilə gətirdi

13:19

"Arsenal" braziliyalısı ilə müqavilə yenilədi

12:53

İtaliyalı hakimi qarğışa görə futboldan uzaqlaşdırdılar

12:28

Mbappe Qrizmannın rekordunu qırdı - Tarixdə beləsi olmayıb

11:14

DÇ-2026: Ançelottinin Braziliya millisindəki debütü uğurlu olmadı

10:46

Qızıl Avropa Liqası: Azərbaycan millisi Slovakiyaya qarşı

09:30

Qattuzo Xorvatiya klubundan ayrıldı

09:00

Veyqa Avropaya qayıtdı - RƏSMİ

08:45

Azərbaycanda Qurban bayramı qeyd olunur

Facebookdan bizi izləməyi unutmayın.
X