13:43 03.09.2021 1715

"Titulu əldən verməyə hazırlaşmırıq" - Mahmud Qurbanov

Birinci Divizionda yeni mövsümün startına 10 gündən az vaxt qalıb. Klublar hazırlıqlarını tamamlamaq üzrədir. Çempionat iştirakçılarından yalnız "Neftçi-2" mövsümə hazırlığın əsas mərhələsini ölkə xaricində keçib. Son çempion Türkiyədə təlim-məşq toplanışında olub. 

Fanat.az hazırlıq barədə komandanın baş məşqçisi Mahmud Qurbanovun fikirlərini öyrənib:

"Türkiyə toplanışı 10 gün nəzərdə tutulmuşdu. Ora getməkdə məqsəd güclü rəqiblərlə oynamaq idi. Səfər keçən il çempion olduğumuza görə klub rəhbərliyi tərəfindən bizə jest olaraq, təşkil edilmişdi. Afyon şəhərində hazırlıq keçdik. Hələ Bakıdaykən 3 sınaq matçı keçirməyi, rəqibləri və oyun günlərini dəqiqləşdirmişdik. Rəqiblərimizdən 2-si Türkiyənin 2-ci, 1-i isə üçüncü liqa komandası idi. Bir oyunda qalib gəlib 2-də uduzduq. Buna baxmayaraq, komandamdan, ümumiyyətlə, hazırlıq prosesindən çox razı qaldım. Şükür, zədə alan futbolçumuz olmadı. Bu, çempionat ərəfəsində vacibdir.

Komandaya hər cür şərait yaradılmışdı. Məşqdən tutmuş qidalanmaya qədər yüksək səviyyədə idi. Təşkilatçıların bizə münasibətindən də çox razı qaldım. Hörmətlə qarşılandıq. Xüsusilə sonuncu oyunu qeyd etməliyəm. Yoxlama görüşü olmasına baxmayaraq, Sparta şəhərində yerli komandaya qarşı oyunumuza şəhər rəhbərliyi bilet satışı da həyata keçirmişdi. Stadionda əla atmosfer yaratmışdılar.  Bu oyunlar gənc futbolçularımız üçün böyük təcrübə oldu. Səmərəli təlim-məşq toplanışımız oldu". 

"Professor" heyətdəki dəyişiklərdən də danışıb:

"Çempion heyətdən yolumuzu ayırdığımız futbolçular çox oldu. Ancaq onları yenilərlə əvəzlədik. Əsasən akademiyamızın üzvlərindən - 2003-2004 təvəllüdlülərdən yeni komanda formalaşdırmışıq. Kənardan gələn təzə oyunçu bir nəfərdir. Keçən mövsüm "Zaqatala"da çıxış edən Xəqani Sadıxovu sıralarımıza qatmışıq". 

Təcrübəli məşqçi "Neftçi-2"nin hədəfini açıqlayıb: 

"Üç-dörd ildi "Neftçi"nin əvəzedici komandasına rəhbərlik edirəm. Heç vaxt qarşıma məqsəd qoyulmayıb ki, çempion olmalısan. Buna baxmayaraq, ötən il I Divizionun qalibi olduq. Yenə əsas məqsədimiz əsas komandaya oyunçu hazırlamaq olacaq. Ancaq titulu əldən verməyə də hazırlaşmırıq. Məqsədimizə çatmaq üçün əlimizdən nə gəlirsə, etməyə çalışacağıq". 

Mahmud Qurbanov titulu qorumağın asan olmayacağı, ona doğma olan "Kəpəz" və digər rəqiblərin güclənməsinə diqqət çəkib:

"Rəqiblər haqda bilgimiz azdır. Bilirəm ki, mənə də doğma olan "Kəpəz" güclənib. Heyətinə təcrübəli oyunçular qatıblar. "Zaqatala" və "Turan Tovuz" da bizə çətinlik yarada bilər. Eləcə də əvəzedici komandalar planlı hazırlıq keçiblər. Onların əsas komandanın futbolçularından istifadə etmək imkanı da olacaq. Bu mənada "Sabah-2"ni qeyd etməliyəm. Onlarla yoxlama görüşü keçirmişik, güclərinə bələdik. Odur ki, ehtiyatı əldən verməməliyik". 

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

Facebookdan bizi izləməyi unutmayın.
X