Serbiyanın Subotiça şəhərində təşkil edilən beynəlxalq turnirdə iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası turnirdə sonuncu oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 1:1 hesabı ilə başa çatıb.
Millimizin heyətində Mehrac Baxşəli fərqlənib.
Qeyd edək ki, Azərbaycan U-19 yığması turnirin ən "fair-play" komandası seçilib və yarışı 3-cü pillədə başa vurub.
Emin Şəmsiyev