09:45 10.09.2021 1845

Qalib ordunun məğlub komandasının – MOİK-in güclənməsi niyə vacibdi?

Ötən ilin sentyabrında Azərbaycan ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə mənfur erməni işğalçılarına qarşı genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı. Cəmi 44 gün ərzində ordumuz düşməni doğma Qarabağ torpaqlarından uzaqlaşdırdı, 30 ilə yaxın işğal altında qalan vətən torpağı rahat nəfəs aldı. Bu hərbi əməliyyatlar, Azərbaycan ordusunun möhtəşəm zəfəri bütün dünyaya qəhrəmanlıq nümunəsi idi. Hamı bizdən danışır, igid əsgərlərimizin şücaətindən bəhs olunurdu. 

Azərbaycanın qalib ordusu bizim qürur mənbəyimizdi. Döyüş meydanında mənfur düşmənə qan udduran igid əsgərlərimiz də bu qalib ordunun simalarıdı. Bizim ordumuz öz gücünü təkcə döyüş meydanında sərgiləmir. Hərbçilərimiz qatıldıqları müxtəlif səviyyəli yarışlarda da öz bacarıqlarını nümayiş etdirir. Bir neçə gün bundan əvvəl Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda keçirilən “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarında hərbçilərimiz Azərbaycanı layiqincə təmsil etmişdilər. Yüksək peşəkarlıq nümayiş etdirən tankçılarımız yarımfinala vəsiqə qazanmaqla azərbaycanlıların hərb işini necə bacardığını hər kəsə göstərmişdi. Deməli, ordunun hazırlıq səviyyəsini, döyüş qabiliyyətini, əsgərlərin əzmkarlığını və fiziki hazırlığını göstərmək üçün belə müsabiqələrə qatılmaq önəmlidi. İmzalar arasında imzamız olur, üçrəngli şanlı bayrağımız yüksəklərdə dalğalanır. Bu da düşmənlərimizə gözdağıdı.

Uğurun davamını idman yarışlarında gətirmək, Azərbaycan ordusunu müxtəlif meydanlarda uğurla təmsil etmək də vacibdi. Bunun üçünsə Mərkəzi Ordu İdman Klubu güclənməli, hərbiçilərimizin idmanla məşğul olmasına qayğı göstərilməlidi. O cümlədən futbol sahəsində. Hamımızın yaxşı yadındadı ki, bir vaxtlar ordumuzu təmsil edən MOİK (müxtəlif vaxtlarda bu komanda OMİK və OİK də adlanıb) elitada çıxış edirdi, “Neftçi”yə, “Qarabağ”a gücünü göstərirdi. Ordu klubunun stadionu Bakıdakı meydanların yaxşılarından sayılırdı, əsgərlər və hərbi orkestr tribunaları doldurur, əsl futbol bayramı ab-havası yaradırdılar. Biz də MOİK-in stadionuna hər dəfə xüsusi həvəslə gedirdik. Əsgərlik yaşı çatan futbolçular də bu kluba cəlb edilir, hansısa qanunsuz, gizlin işlərə əl atmağa ehtiyac qalmırdı. Peşəkar futbolçular həm qanuni hərbi xidmət keçirdilər, həm də Azərbaycan çempionatının güclülərinə qarşı çıxış edən komandanın formasını geyinirdilər. Bunun nəyi pis idi?!

İllərdi ki, MOİK öz gücünü, nüfuzunu itirib, futbol meydanı da təmir adıyla bağlanıb. Sözün düzü, çoxdandı ki, həmin təmirdən də xəbər-ətər yoxdu, stadionun ərazisinin hansı vəziyyətdə olduğunu bilmirik. MOİK isə birinci divizionda gününü keçirir, ordan yuxarı yüksələ bilmir. Komanda fərqli stadionlara sığınır, öz doğma stadionuna da həsrətdi. Heç şübhəsiz ki, bütün bunların kökündə maddi problemlər, yəni pul dayanır. Müdafiə Nazirliyinin rəhbərliyinin MOİK-ə diqqət, deməli, yaxşı pul ayırmasının əsl zamanıdı. Qalib ordumuzun komandası onun adına layiq olmalıdı. Bunun üçün yaxşı baza, insan resursları da var. Yüzlərlə yeniyetmə futbolçu keçid dövründə ordu sıralarına cəlb olunur, topdan, meydandan uzaq düşür, formasını da itirir. Onların karyerasını davam etdirməsi həm də belələrinin Azərbaycan futboluna yenidən qazandırılmasıdı. MOİK-in sayəsində Azərbaycan futbolunun elitası yeni bir təmsilçi qazanar, Premyer Liqa iştirakçılarının sayı da artar. Hərbi müddəti başa çatan gənclər müəyyən məbləğ qarşılığında komandada saxlanılar, bununla da heyət qorunar. Gələcəkdə MOİK Premyer Liqanın mükafatçıları sırasına düşməklə avrokuboklara da vəsiqə qazana bilər ki, bu da Azərbaycan əsgərinin yeni müstəvidə uğur qazanması deməkdi. 

Göründüyü kimi, MOİK layihəsini uğurla inkişaf etdirmək xeyli realdı. Bundan ordumuz da qazanar, futbolumuz da. Yetər ki, Müdafiə Nazirliyinin istəyi olsun, qalib ordumuzun idman klubunu onun adına layiq yerlərə gətirsinlər.

Amal ABUŞOV

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X