"Qarabağ" Norveçin "Valerenqa" klubuna mane olub.
Fanat.Az "Nettavisen" nəşrinə istinadən xəbər verir ki, Norveç təmsilçisi bu yay İbrahima Vadjini heyətinə qatmaq istəyib. Amma "Qarabağ" 26 yaşlı futbolçu üçün daha çox pul təklif edib və "Hauqesund" 26 yaşlı seneqallını Ağdam klubuna satıb.
İbrahima Vadji 2019-2021-ci illərdə "Hauqesund"da çıxış edib. Xarici mənbələrin xəbərinə görə, "Qarabağ" seneqallı forvard üçün qarşı tərəfə 600 min avro ödəyib. 26 yaşlı futbolçu Premyer Liqanın son turunun "Neftçi" ilə oyununda 2 qol vuraraq komandasına qələbə qazandırıb (2:1).
"Valerenqa" klubunun daha bir transferinə "Qalatasaray" və digər Norveç təmsilçisi "Molde" mane olub. Belə ki, Oslo təmsilçisi İstanbul klubundan Martin Linnesi transfer etmək istəyib. Lakin "Molde"nin təklifi daha cəlbedici oluduğundan futbolçu bu komandaya keçib.