"Bursaspor" baş məşqçisi Fatih Tekke Azərbaycan millisinin futbolçusu Namik Ələskərovla xüsusi görüş gerçəkləşdirib.
Fanat.Az xəbər verir ki, bu barədə “bursaspordabugün.com” saytı məlumat yayıb.
Xəbərə görə, həmyerlimizin son oyunundan razı qaldığını deyən 44 yaşlı mütəxəssis "Tuzlaspor"la oyuna hazır olmasını söyləyib.
Qeyd edək ki, "Bursaspor" TFF I Liqasının VI turunda "Tuzlaspor"un qonağı olacaq. Oyun sabah Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.