13:09 25.09.2021 4016

Mahir Emrelidən Poşla mətbuatına maraqlı açıqlamalar

"Qarabağ" Polşa çempionatında da yüksək yerlər üçün mübarizə aparar. Komandanın bir il əvvəl “Legiya” ilə oyununu yadınıza salın. Cütün taleyi bir görüşdə həll olunduğu üçün Azərbaycan çempionu çətin vəziyyətdə idi. Çünki qarşılaşma Polşada keçirilirdi".

Bu fikirləri Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli yerli mətbuata müsahibəsində deyib.

24 yaşlı hücumçu bir il əvvəl baş tutmuş Avropa Liqasının pley-off mərhələsinin matçını xatırlayıb: "Həmin görüşdə "Qarabağ"ın xüsusi planı var idi və bunu həyata keçirə bildik. "Legiya"nın daha açıq futbol oynaması üçün hesabı erkən açmağı planlaşdırırdıq. Nəticədə 3:0 hesablı qələbə qazandıq. "Qarabağ"ın avrokuboklarda Polşa klubunu mübarizədən kənarlaşdırması ilk dəfə deyildi. Bir neçə il əvvəl "Pyast”a, hətta daha öncə "Visla"ya qarşı da eyni hal yaşanıb".

Emreli Azərbaycanda Polşa çempionatının qiymətləndirilməməsinə də münasibət bildirib: "Liqa qiymətləndirilməyə bilər, amma ölkə çempionunu qiymətləndirmək lazımdır. Bəzi ölkələrdə vəziyyət Azərbaycandakı kimidir. Bolqarıstanda çempionat Polşadakından zəifdir, amma "Ludoqorets" güclü komandadır. Ardıcıl 6-cı dəfə avrokubokların qrupuna yüksəlib. Avstriyada da çempion digərlərinə nisbətən böyük üstünlüyə malikdir. Ölkə çempionunun daha yaxşı olması liqanın yüksək səviyyədə olduğu anlamına gəlmir".

Forvard Polşa Ekstraklasasına Azərbaycan Premyer Liqasından daha çox baxıldığını söyləyib: "Polşada çempionat çox təkmilləşib. Transfer dönəmində bir neçə oyunçu yaxşı liqalara keçir. Bu səbəbdən, Azərbaycan çempionatına nəzərən daha yüksək nüfuza malikdir. Daha çox potensial alıcıların maraqlandığı yerdir. "Legiya"ya keçməyimin ilk səbəbi də məhz budur. Hamımızın gerçəkləşdirmək istədiyi xəyalları var, amma əvvəlcə prosesi başlamaq üçün addım atmalısınız. Mən də Polşa klubu ilə daha yüksək səviyyəyə çatmaq üçün müqavilə bağladım. Sevdiklərimlə, hətta "Qarabağ"ın baş məşqçisi ilə birlikdə başqa variantları təhlil etdim ki, bundan sonra hara getməliyəm? Qərara gəldik ki, "Legiya"nın qurduğu sxem bizə ən uyğunudur. Komanda hər oyunda dominantlıq edir, çoxlu vəziyyətlər yaradır. Bu da hücumçu üçün çox vacibdir".

Emreli yay transfer dönəmində bir neçə klubdan təklif aldığını sözlərinə əlavə edib: "Belçika, Avstriya, Portuqaliya və Macarıstan klublarından mənə ciddi maraq olub. Macarıstanda çempionatın Polşadakından yaxşı olub-olmadığını bilmirəm. Belçika, Avstriya və Portuqaliya liqaları daha yüksək səviyyədə ola bilər. Amma mənimlə maraqlanan komandalar "Legiya"dan güclü deyildi. Burada çempionluğu xəyal edirəm. Ekstraklasanın bombardiri olsam və ya ən yaxşı futbolçusu seçilsəm, komandamız isə titul qazana bilməsə, fərdi mükafatlar haqda nə demək olar? Yekunda hamımız məğlub olacağıq. Çempionatın qızıl medallarına sahib olmağı arzulayıram, nəinki fərdi nailiyyətlərə görə heykəlciklər. Bəlkə də bombardirlik daha yaxşı kluba keçidimə kömək ola bilər. Amma ən çox komandamın kuboklar qazanmasına və matçlarda qalib gəlməsinə kömək etmək üçün buradayam. “Legiya” mənə bir şans verib, onu qaytarmalıyam. Öz ambisiyalarımı komandanın istəyindən üstün tutmayacağam".

O, Avropa Liqasının qrup mərhələsindəki rəqibləri haqqında da danışıb: "Qrupdakı komandalara nəzər yetirəndə düşündüm ki, Çempionlar Liqasının təsnifat mərhələsini keçmişik. Çünki rəqiblər çox güclüdür. Çempionlar Liqasında da belə bir qrupun olması mümkün idi. Hər futbolçu üçün güclü rəqiblərlə çıxış etmək məqsədlərdən biridir. Çox çətin rəqiblərimiz var, bunun sayəsində belə görüşlərdə təcrübə toplayaraq inkişaf edə bilərik. Uşaq olanda məşqçim mənə deyirdi ki, oyun varsa, bu, böyük bayramdır. Avropa Liqasının qrup mərhələsindəki çıxışlara münasibətim belədir - dəvətnaməni özümüzün qazandığı əla şənlik olacaq".

Mənbə: Report.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 Aprel 2024
22:27

"Liverpul" 48 saat ərzində  baş məşqçisinin adını açıqlayacaq

20:20

Qarsiya "Barselona"ya dönəcək? - "Jirona" qərarını verdi

19:33

"Bayern"in azarkeşlərindən rəhbərliyə etiraz - Tuxelə görə

18:45

İspaniyada qalmaqal: Hökümət futbol federasiyasını nəzarətə götürdü

18:21

"O, yaxşı məşqçidir" - Klopp potensial xələfindən danışdı

17:52

"Barselona" bu futbolçusunu yayda satacaq 

17:25

"O, İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusudur" - Fil Foden

17:01

Azərbaycan millisinin üzvü medal qazandı

16:43

Azərbaycan Kuboku: Finalın nominal meydan sahibi bilindi

16:24

"Sabah" "Səbail"lə oyuna neçə itki ilə çıxacaq?

16:04

"Klublar legioner transferində yanlışlığa yol verirlər" - Bəxtiyar Musayev

15:42

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

15:23

Rusiya futbolunda böyük qalmaqal - "Soçi"ni Çeçenistanda zəhərləyiblər?

15:06

"Səbail"in iki futbolçusu "Sabah"a qarşı oynamayacaq

14:45

"O, çox pis oynayır, "Liverpul" yayda yeni müdafiəçi almalıdır"

14:27

Taşuyev yenə getdi - Bu dəfə qovmadılar

14:09

PSJ Fransada yeni rekorda imza atdı - 18 ildən sonra

13:50

"İki ay əvvəl hər şey xarabalığı xatırladırdı" - Rüdiger

13:29

AFFA 10 klubdan altısını cərimələdi

13:10

Fonseka "Lill"i hansı Avropa nəhənginə dəyişəcək?

12:51

Madrid nəhəngi 35 yaşlı oyunçusu ilə bağlı qərarını verdi

12:33

"Real"ın müdafiəçisi Almaniya klubuna keçməyə yaxındır

12:14

Ot biçən, xətt çəkən, afişa vuran komanda rəhbəri

11:55

Bekhem Mark Uolberqdən milyonlarla dollar istəyir - Məhkəmə çəkişməsi

11:36

AFFA “Neftçi”nin şikayətini qəbul etmədi

11:19

“Sabah” Gənclər Liqasının qalibi oldu! 

11:00

Musiala Mbappeyə səsləndi: "Münhen vaxt keçirmək üçün əla yerdir"

10:35

Maliyyə menecerləri üçün seminar keçirildi

10:17

Samir Abasov "Barselona"nın prezidenti ilə görüşdü - FOTOLAR

09:58

"And içdim ki, bu təyyarə heç yerə uçmayacaq" - Con Terri sabiq baş məşqçisi ilə münaqişədən danışdı

09:34

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:10

"Yuventus" yeni qapıçı ilə anlaşdı

01:34

"Mançester Siti" səfərdə darmadağına sevindi

01:25

“Roma” yarımçıq qalan matçdan qalib ayrıldı

25 Aprel 2024
22:49

"Şeffild Yunayted"dən tarixi antirekord - Hələ beləsi olmamışdı

21:22

"Mövsümü fantastik şəkildə başa vuracağımızı hiss edirik" - Ançelotti

20:16

"Yuventus" forvardını dilə tutur, ancaq...

19:30

"Çelsi" tarixinin ən bahalı oyunçusu üçün mövsüm bitdi

18:44

Bundesliqa klubunun qolçusu İtaliya nəhənginə keçəcək

18:03

Avropa Çempionatı: Azərbaycan cüdoçusu finala yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X