Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün Premyer Liqa hakimləri ilə görüşüb.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis hakimlərin Bakı Olimpiya Stadionunda keçirilən iclasında iştirak edib.
De Byazi karyerası ərzində hakimliklə bağlı rast gəldiyi maraqlı xatirələrini danışıb, həmçinin, hakimləri maraqlandıran sualları cavablandırıb.