Azərbaycan millisinin və "Sumqayıt" klubunun futbolçusu Elvin Bədəlov uzun müddətə sıradan çıxıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, MRT müayinəsisi nəticəsində 26 müdafiəçisinin durumuna aydınlıq gəlib.
Bədəlovun diz bağlarında qopma müəyyənləşib. Onun durumu ilə bağlı yekun qərar həkimlərin məsləhətləşməsindən sonra veriləcək. Böyük ehtimalla, müdafiəçi uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Elvin "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur oyununda sıradan çıxıb.
Bundan əvvəl isə "Sumqayıt"ın hücumçusu Əli Qurbani zədələnib. Ancaq Azərbaycan millisinin üzvü bir həftədən sonra məşqlərə başlaya biləcək.