22:03 01.10.2021 452

"Daha da inkişaf etmək üçün potensialımız var" - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun Azərbaycan Premyer Liqasının 6-cı turunda “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra ənənəvi mətbuat konfransına qatılıb. 

Fanat.Az xəbər verir ki, 39 yaşlı çalışdırıcı 1:0 hesablı qələbə qazandıqları matç haqda belə danışıb:
 
- Komandama təşəkkür etmək istəyirəm. Əzmkarlıq göstərdilər, çox böyük istəklə meydana çıxmışdılar. Vacib 3 xal qazandıq, oyun da yaxşı alındı. Daha da inkişaf etmək üçün potensialımız var. Rəqibin gücü bəllidir. Ciddi hazırlaşmışdıq, sonda vacib xal qazandıq.
 
- "Zirə"nin heç bir futbolçusu milliyə çağırılmayıb. Buna münasibətiniz necədir? 
- Düzü, mən də təəccübləndim. Daha çox futbolçumuz milliyə namizəddir. Məşqçinin qərarıdır. Heyətin oyuna 5-6 saat qalmış açıqlanması bir az qəribə oldu. Son bir neçə toplanışda iştirak edən futbolçularım bu gün çağırılmadı. Bu, onlara bir az təsir edə bilər. Milli hər futbolçu üçün önəmlidir. Bircə, heyətin belə açıqlanması məyusedici oldu. Heyət oyundan sonra və ya 1-2 gün əvvəl açıqlana bilərdi. Coşqun Diniyev son oyunlarda yaxşı çıxış edir. Bu tip oyunçulara daha çox qayğı və diqqət göstərməliyik ki, daha çox fayda versinlər. Heyət məşqçinin qərarıdır.
 
- Heyətin erkən açıqlanması komandaya psixoloji təsir edə bilər? Düşünmürsünüz ki, bu, "Zirə"yə qarşı düşünülmüş addımdır? 
- Yox, belə düşünmürəm. Sadəcə, artıq həm futbolçuları oyuna motivasiya etməlisən, həm də milliyə çağırılmadıqları üçün bir az onları ruhlandırasan.
 
- Coşqun ötən il "Sabah"da az oynasa da, milliyə çağırılırdı. Amma indi daha çox oynayır, çağırılmır...
- Bu tip oyunçular qorunmalıdır, qayğı göstərilməlidir ki, daha inkişaf etsinlər. Bu futbolçular bizim gələcəyimizdir. Mən onun yerində olsam, hansı qərarı verərdim, bilmirəm. Coşqunun oyununu çox bəyənmirəm. Onun daha böyük səviyyədə oynamaq potensialı var. Bəlkə də, milliyə çağırılmaması onun üçün daha yaxşı motivasiya olacaq. Milliyə uğurlar arzu edirəm.
 
- Qarşıda fasilə var. Bu, sizə necə təsir edəcək?
- Yaxşı çıxış edən komanda heç vaxt istəməz ki, fasilə olsun. Amma zədəlilərimizin bərpası üçün də vaxt olacaq.
 
- Komandanın nəyə qadir olduğunu artıq bilirsiniz? 

- Əvvəldən nəsə proqnoz vermək olmur. Məni sevindirən amil odur ki, komandam böyük xarakter göstərir. Qol buraxsaq da, məyus olmur, sınmırıq. Düşünürəm ki, hər komanda inkişaf edə bilir. Heç vaxt maksimumunun nə olacağını deyə bilməzsiz.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
16:16

"Liverpul" mövsümöncəsi toplanışı ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X