17:26 15.10.2021 2277

Futbol əmrlə oynanılmır

Son həftələr futbol aləmində nisbi aktivlik müşahidə edilir. Bir günlük bölgə gəzintisi bir həftəlik kimi təqdim edilir, AFFA ideoloji təbliğatını gücləndirməyə çalışır, milli/yığmaların biabırçı nəticələri fonunda tez-tələsik bölgədə akademiya inşası anonsu verilir...

15 ildi yad gözlə baxılan, yadlaşan bölgələr indi "yada" düşüb.Top çiləyə-çiləyə Berlini fırlanıb, nəhəng Avropa klublarının "pokazuxa-məktəblərini" Bakı dalanlarında açıb eddilləri, höccətləri, arsenləri "yetişdirəndən" sonra qayğıya ehtiyacı olan doğma balalar sabaha "ümidləndirilir"...

Hər il - bir yaş qrupu, yüzlərlə, minlərlə futbolçu potensialı deməkdir. 15 il - ardıcıllıqla itirilən 15 yaş qrupları edir! 

AFFA ideoloqları özləri özlərini vururlar. Deməli, zamanında bunları etmək olardı və davamlı, daha artığı planlı şəkildə edilməliydi. Dünən federasiya rəhbərliyinə gəlinməyib ki, indi cəhd göstərilsin, addımlar atılsın?! 

Əməldən öncə niyyətdir... Əməl - niyyətə bağlıdır! 

Niyyət futbol deyil, vəziyyətdən şütüyüb növbəti dəfə yerlərinin, vəzifələrin qorunmasıdır. Dünən lippertlərlə, stuxliklərlə fotosesiyalar, bu gün top-klubların formasında(!) olan balaca, məsum uşaqlar, kağız üzərində olan 200 min futbolçunun bölgə "axtarışı".

Azərbaycan futbolu süni olaraq Qarabağ probleminə çevrilib. Lənkəran, İmişli, Yevlax, Zaqatalanın müasir stadionlarından insanlar qovulub, futbol qaçqını-köçgününə çevrilib. Masallı, Bərdə, Şirvan, Qusar stadionlarının baxımsızlıqdan adı qalıb. Şəmkir, "Bakı" komplekslərindən danışmağa dəyməz, Ağdam "İmarət"inin, Füzuli, Cəbrayıl, Zəngilan stadionlarının aqibətini yaşayır(b)lar...

Qarabağ düşmənçiliyini edənlər bəllidir, futbolda düşmən(lər) kimi düşmənçilik niyə edilsin ki?! Farsları 30 yaşında milliləşdirib yığmada "gənc" azərbaycanlı adıyla oynadanlar tək futbol adına deyil, Azərbaycan xalqının sağlam genefonduna, gələcəyinə qarşı edilən düşmənçilikdir!

Futbol cavabdehləri 5-10 il də dövranlarını sürsələr, 30 ili haqlayacaqlar. 30 il - bir futbolçunun tam karyerası deməkdir!

"Uşaq futbolu", "əcnəbi/yerli baş məşqçi", "milliləşdirmə"... 15 ildir eyni mövzular müzakirə edilir. Bu məsələlərin, futbolun kompleks halda həlli üçün ilk öncə daxili futbol düşmənləri, "sapı özümüzdən olan baltalar" futboldan yox edilməlidir ki, yenidən iş başlanılsın. Onsuz da qızıldan qiymətli illər itirilib, çox gecikilib...

Müzakirələrdən keçib artıq, qəti addımlar zamanıdır. Bir il öncə Qarabağda olduğu kimi...

Vaxtilə ordunun baş qərargahındakı vəziyyət AFFA-nın özündə, baş katibliyində tüğyan edir.

Bir-iki "hədiyyə" ilə pak balalarımız aldadılmasın, millət sadəlövh deyil, bu xalq Şuşa qalasına əliyalın qalxan mərd xalqdır!

AFFA-da islahatlar, kadr dəyişikliyi nə böyük problem olub? Arxalarında Rusiya, Amerika, Fransa, İran durub? 

Dövlətin qayğısı, 100 milyonlarla vəsaitin ayrılması fonunda 15 ilin futbol dağıdıcılığı bəs etmədi? 

Federasiyada ilk öncə qanun çərçivəsində müvafiq qurumların yoxlanışları aparılmalıdır. 

Kabinet oyunlarına son verilməlidir!

Jurnalistlər, az sayda davamlı sözünü deyən futbol adamları, narazılığını bildirən azarkeş ordusu haqq səsini ucaldacaq, gizlənənlər sonda önə çıxıb "biz varıq" deyəcək?!

Artıq indikilərlə, yeni iddialılarla sövdələşmələrə, kabinet davalarına start verilib. Belə yanaşma, hiyləgər təfəkkürlə sabahın futbolu dirçələcək? 

Son günlər çox danışılır - "sözünü deyənlər azdır". Azərbaycan futbolunda söz sahibi olanlar heç vaxt çox olmayıb. Futbol represiyalarına uğrayanlar da onlar olub.

Gözləmə mövqeyidir, növbə tutulur, ağalarına son "təpik" vuran yaltaqlar birdən üzə çıxacaqlar, məsələlər 99% həll ediləndən sonra.

Belələri çox "sınaqdan" çıxıb, ağalarının kim(lər) olduğu önəmli deyil, əsas, "sür dərəyə" sözünü eşitmək, icra etməkdir. Bilirlər ki, futbol olmasa da, onlara "tələbat" həmişə var.

Futbol zarafatı sevmir! Futbolla zarafat edənləri  futbol sonda əzir, rəzil edir, nüfuzdan salır, ayaqlar altına atır, pula, vəzifələrə baxmır. Təəssüf ki, onlarla birgə ölkə futbolu da çökür, dərənin dibinə yuvarlanır, məhv edilir.

Azərbaycan futbolunda böyük futbolla həvəskar futbol arasında sədd götürülüb. Bunu edən cavabdeh futbol beyinləridir. Bacardıqları budur. Azərbaycan futboluna, bölgələrimizə peşəkar futbol, klublar lazımdır. Həvəskar futbolla, həvəskar düşüncəylə böyük futbol olmur!

Müşahidələr onu göstərir ki, "getsinlər" baş verəcəksə, sonra nə baş verəcəyi dərk edilmir. 
Plansız, proqramsız, analitik beyinlərsiz, qəti addımlarsız futbola gəlmək utopiyadır, yenidən 5-10 il futbolun başında eksperimentlərin aparılması deməkdir. Eyforiyaya qapılmamalıdır. Futbol əmrlə oynanılmır!

Tahir Süleymanov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 Aprel 2025
02:15

İspaniya La Liqası: "Barselona" son dəqiqədə güldü, "Atletiko Madrid" üzüldü

01:55

A Seriyası: "Napoli" də 1 qolla qazandı, "Roma" da

01:35

Liqa 1: "Olimpik Marsel"dən asan, PSJ-dən çətin qələbə

01:02

Almaniya Bundesliqası: "Bayern Münhen" səfərdə coşdu

19 Aprel 2025
23:55

İPL: "Mançester Siti" Liverpul səfərindən 3 xalla döndü

23:21

Türkiyə Super Liqası: "Beşiktaş" xal itirdi, "Trabzonspor"dan çətin qələbə

23:02

"Çempionluğu növbəti turda təmin etməyi istəyirəm" - Qurban Qurbanov

22:39

"İndiyə qədər başımıza gələnlər yenə təkrarlandı" - Samir Abasov

22:25

Mbappe üçün uğursuz həftə: ÇL-dən kənarda qaldı, üçüncü diviziona yuvarlandı

21:54

MPL: "Sabah"dan əzmkar qələbə, "Azərbaycan derbisi"ni "Qarabağ" qazandı

21:20

"Araz-Naxçıvan" "Turan Tovuz"a qalib gəldi

20:53

"Klub rəhbərliyi yolları ayırmayacağını desə də..." - Vasili Berezutski

20:27

Elvin Məmmədov "Sabah"a məğlubiyyəti belə şərh etdi

20:06

Pley-off mərhələsində ikinci oyunlarının təqvimi müəyyənləşdi

19:30

"Sabah"ın futbolçusu mükafatlandırıldı

18:51

Emrelinin qələbə qazandırmayan qolları - VİDEO

18:05

"Neftçi" legioneri ilə vidalaşdı

17:40

ABL: "Naxçıvan" "Abşeron"a qalib gəldi

17:18

Mahir Emreli Almaniyada dubl etdi, komandası...

16:56

Qvardiola həmyerlisini istədi, "Mançester Siti" cəlbedici təklif hazırladı - MƏBLƏĞ

16:20

Dembele “Qızıl top”dan danışdı

15:54

Millimizin son oyununun vaxtı və yeri müəyyənləşdi

15:13

Veteran stolüstü tennisçilərin çempionatı başladı

14:49

Azərbaycan millisi Estoniyaya uduzdu

14:12

Azərbaycanın dörd karateçisi mübarizəni dayandırdı

13:31

İPL klubu Kolumbiya millisinin üzvü ilə anlaşdı - RƏSMİ

13:00

Xorvatiya millisinin keçmiş oyunçusu faciəvi şəkildə həlak oldu

12:38

Burkina fasolu futbolçu "Araz-Naxçıvan"ın tarixinə düşdü

12:19

"Turan Tovuz"dan 30-cu heç-heçə

11:50

Yüksək Liqa: "Bürünc" uğrunda ilk duel olacaq

11:25

İki futbolçu ömürlük cəzalandırıldı - RƏSMİ

10:22

ABL: "Abşeron"la "Naxçıvan"ın pley-off sınağı

09:56

"Real"ın sabiq ulduzu Rüdigeri axmaq adlandırdı

09:00

"Traktor" 3 xalı 3 qolla qazandı

18 Aprel 2025
23:46

ABL: "Sabah" "Sərhədçi"ni yendi

23:13

Milan klubu bombardirini itirdi

22:49

"Bu gün 2 xal itirdik" - Yunis Hüseynov

22:24

"Hər iki komanda qalib gələ bilərdi" - Elmar Baxşıyev

21:41

Yüksək Liqa: Finalçılar müəyyənləşdi

21:20

"Onu ehtiyat oyunçular skamyasında görə bilərsiniz" - Slot adı "Real"la hallanan futbolçudan danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X