10:22 13.02.2023 1286

Rəhbər belə olmur

Qış fasiləsindən sonra hakim idarəçiliyi/VAR sisteminin tətbiqi ilə bağlı səhvlər artıb. Bu amillər birbaşa oyunların son nəticələrinə təsir edir!  

Kritik anlarda AFFA Hakimlər Komitəsinin rəhbəri Barış Şimşək futbol ictimaiyyəti qarşısına çıxarılır, bir epizoda 15 "variant" söylənilir və emosiyalar növbəti qalmaqallara kimi səngiyir...
Bir-iki baş məşqçi fəryad qoparır, dəstəyi olmayanlar bəzi hallarda öz günahlarından, digər məqamlarda haqsızlıqdan istefaya göndərilir, arxası olanlar isə nəticədən, oyun keyfiyyətindən asılı olmayaraq arxayın halda işlərini davam etdirirlər.

Yaxşı metod tapılıb. Klub rəhbərliyini təmsil edən əksər "baş üstə"lər, futbolu bilməyənlər susur, havadarlarının xoşagəlməz hiyləsiylə vəzifələrini, yerlərini qoruyurlar... Narazılığı, etirazı, problemlərin qabardılmasını isə azarkeşlər, jurnalistlər, ekspertlər etməlidirlər...

Mətbuat konfranslarında hakimliklə bağlı fikir bildirilməsi qadağası da çoxdan unudulub. Belə durum futbolu yola verənlərə sərfəlidir. Futbolda şimşək çaxmasın deyə, iş başında olanlara, çoxlarına sərf edəcək barış elan olunub. Çempionatda az sayda görüşləri çıxmaq şərtilə səviyyə, oyun keyfiyyəti orta Avropa futbolu ilə müqayisədə çox geriləyib...

Futbolun peşəkar tələbləri öz yerində, mənəvi məsuliyyət də yox dərəcəsindədir. Son təyinatlara nəzər yetirdikdə, Barış Şimşək rəsmi inspektor qismində matçlarda görünür. FİFA, UEFA-nın və AFFA-dakı eyni düşüncədə olan rəhbərlərinin əlyerisindən istifadə edilir.
Bu məsələdə rəsmi qaydalar imkan verirsə, o demək deyil ki, bundan istifadə edilməlidir. Bacarıqları Barış Şimşəkdən heç də geri qalmayan, ehtiyacı olan yerli mütəxəssislərin 5-10 manatına da göz tikilir. Maaşı, müqaviləsi, təminatı yerində, hər bir şəraiti var Barış bəyin... Məgər oyunlara getmək, hakimləri izləmək üçün mütləq rəsmi inspektor qismində səfərə çıxmalısan? 

Rəhbər belə olmur!

Onsuz da oyun sayı azdır, yerlilərin, "qara camaatın" qəpik-quruşuna da göz tikmək türk qardaşımıza yaraşmaz! Ehtiyacı olmadığı halda, belə məqamları özünə yaraşdırıbsa, deməli, niyyət yerində deyil, meydanda hakim idarəçiliyi, obyektivlik düşünülmür, ikinci plandadır...
Ölkə futbolunda son illər hakimlik adına münbit şərait yaradılıb. Heç bir təzyiq yox, əksinə, hakimlər düşünmədən özləri oyunlarda aqressivlik yaradır, meydanlarda hegemonluq iddiasına düşürlər. Barış Şimşəklə yanaşı tərcüməçi/departament rəhbəri(!) də xurcununu çiyninə atıb mövcud duruma "bu oyun mənim, o oyun sənin" düşüncəsi ilə işə yanaşır və bu üzdən qarşılaşmalarda VAR "varyox"a qarışır...

Azərbaycan hakimlik məktəbi hər zaman güclü olub. Bu gün də gənc hakimlərin potensialı görünməkdədir. Bu, təbii prosesdir, hər zaman belə olub. Yetər ki, onlarla düzgün iş aparılsın. Bacarıqlıların, istedadlıların inkişafı təmin edilməlidir! Özlərini matçlara təyin etməklə inkişaf, keyfiyyət dərəcəsi artmır!

AFFA-nın yeni, gənc baş katibi Sərxan Hacıyev də vaxtilə bir-iki "qram" hakimliklə məşğul olub. Özündə perspektiv görmədikdə istiqamətini dəyişib. Oyunlara rəsmi nümayəndə/inspektor kimi gedə bilər. Futbolda şimşək çaxmasın deyə barış elan olunubsa, "niyə də yox"?!
Belə yanaşma, millətin 5-10 manatına göz tikməklə çempionatın finişinə kimi hələ çox qalmaqallar baş verəcək. Futbolda zəlzələ gözlənilməməlidir - düşüncələr dəyişməlidir!

Tahir Süleymanov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
23:47

"İrəli getməyə davam edəcəyik" - Yuri Vernidub

23:15

Zaur Həşimov "Neftçi" ilə matçdan sonra nə danışdı?

22:40

Komandası qələbə qazandı, Nəriman isə...

22:26

MPL: "Sabah"dan İngiltərə səfəri öncəsi darmadağın, "Neftçi" evdə coşdu

22:07

"Komandamın göstərdiyi oyundan narazı deyiləm" - Rəşad Sadıqov

21:40

40 milyonluq transfer son anda ləğv olundu

21:12

İngiltərə nəhənglərinin gənc ulduz ovuna rədd cavabı verildi

20:47

"Çelsi" onun üçün hərəkətə keçdi

20:22

"Liverpul"da gözlənilməz ayrılıq

19:51

Luka Modriçdən karyerası ilə bağlı rəsmi qərar

19:22

PSJ-dən transfer bombası

18:44

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

18:12

Benzema Premyer Liqa yolunda - SON DURUM

17:29

Sadio Mane "Liverpul"a qayıdır

17:09

“Sabah” klubu “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı

16:58

Mourinyu "Real Madrid"dəki ilk məğlubiyyətini şərh etdi - "Qələbəyə layiq olmaq xal qazandırmır"

16:23

"Bayern Münhen" "Liverpul"un oyunçusuna göz dikdi

15:46

Arteta: "Vinisius Junioru istədik, ala bilmədik"

15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç olmayacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

Facebookdan bizi izləməyi unutmayın.
X