Bu gün Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində “Qarabağ” doğma meydanda “Neftçi” ilə qarşılaşacaq.
Turun mərkəzi görüşü 18:30-da Suraxanıda yerləşən "Azərsun Arena"da keçiriləcək.
Fanat.Az "Qarabağ" - "Neftçi" oyunu ilə bağlı münəccimin proqnozunu təqdim edir.
"Qarabağ"
Qurban Qurbanovun yetirmələri Azərbaycan çempionatında yenə də yüksək səviyyəli oyun göstərməkdədir. Təbii ki, klubun əsas məqsədi ötən mövsüm əldən verdiyi çempionluq titulunu geri qaytarmaqdır. "Qarabağ" Premyer Liqada ən yaxşı müdafiəyə sahibdir. 8 oyuna qapısından cəmi 7 qol buraxıb.
VIII turda Ağdam təmsilçisi gözlənilmədən səfərdə Bakının "Səbail" komandasına məğlub oldu - 1:3. Klubun baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında futbolçularda olmadığı qeyd etmişdi. Sözsüz ki, meydanın süni ot örtüyü faktoru da "Qarabağ"ın futbolçularına təsir etmişdi. Qeyd etməliyik ki, həmin oyunda Abdellah Zubir, Filip Ozobiç, Toral Bayramov və Maksim Medvedyev komandanın əsas heyətində meydana çıxmamışdı.
“Neftçi” “Qarabağ” üçün son dərəcə arzuolunmaz rəqibdir. Amma APL-in cari mövsümünün 3-cü turunda son çempiona səfərdə qalib gələn (2:1) "Qarabağ" olduqca yaxşı formada olduğunu göstərmişdi.
"Neftçi"
"Ağ-qaralar" hazırda “Qarabağ”la eyni xala sahibdir və sözsüz ki, turnir cədvəlinin lideri olmağa çalışacaq. Vurulan 16 qolla "Neftçi"nin cari mövsüm APL-in ən yaxşı hücum xəttinə malik olduğunu qeyd edə bilərik. 5 oyundur məğlubiyyət acısı yaşamayan paytaxt klubu son turda “Zirə”ni üstələyib (2:1).
"Neftçi"nin bombardiri yoxdur. Amma demək olar ki, komandanın hər futbolçusu fərqlənə bilir. Bu isə yaxşı komanda oyununun göstəricisidir.
Proqnoz
Hər iki komanda bu oyuna xüsusi yanaşır. Prinsipiallıq baxımından qalibiyyət olduqca önəmlidir. Çempionatdakı gözlənilməz məğlubiyyətdən sonra Qurbanovun komandası oyuna maksimu köklənəcək. Bir daha qeyd edək ki, 3-cü turda "Neftçi" ilə səfərdə oynamasına baxmayaraq "Qarabağ" böyük üstünlüyə sahib idi. Bu gün "köhlən atlar" "Neftçi" ilə müqayisədə daha iddialı görünür. Üstəlik meydan sahibi olması faktoru da var. Düşünmək olar ki, "Qarabağ"ın irəlidə UEFA Konfrans Liqasında səfər oyunu var deyə ola bilsin ki, gücünü məhz ora saxlasın. Amma Konfrans Liqasına hələ 5 gün var və Qurbanov üçün bugünkü oyuna yanaşma olduqca məsuliyyətli olacaq.
Münəccimin ilk proqnozu "Qarabağ"ın qələbəsidir. Xarici bukmeker kontorları bunu 1,83 - 2,00 əmsalla qiymətləndirir.
Son 5 oyuna baxsaq "Neftçi" "Qarabağ"ın meydanında iki dəfə fərqlənə bilib və hər ikisində də qələbə qazanıb. Proqnoz yazanda "Qarabağ"ın da səfərdəki 6:0-lıq qələbəsini yaddan çıxarmamalıyıq. Bir sözlə hər iki komanda hücumda performans göstərə biləcək.
Bunları nəzərə alaraq münəccim oyunda hər iki komandanın qol vura biləcəyini proqnozlaşdırır (QQ). Əmsal - 1,72.
Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.
Emin Şəmsiyev