"Sumqayıt" "Qarabağ"a qarşı Premyer Liqanın X tur matçı üçün bilet satışı həyata keçirir.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq oyunun biletləri satışa çıxarılıb.
Qiyməti 2 manat olan biletləri "Kapital Bank Arena"nın kassalarından almaq olar.
Qeyd edək ki, noyabrın 7-də oynanılacaq "Sumqayıt" - "Qarabağ" görüşü saat 19:30-da başlayacaq.