22:14 07.11.2021 425

“Bu məğlubiyyətlərdən dərs çıxarmalıyıq” - Ayxan Abbasov

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, o, 0:4  hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında belə danışıb:
 
- Bu gün böyük bayram idi. Şəhidlərimizə Allah rəhmət eləsin. Onların, ordumuzun sayəsində qələbə əldə etmişik. Burda iştirak edən qazilərimizə təşəkkür edirəm. Rəqibi təbrik edirəm. Həm qələbə, həm də avrokuboklarda qrupdan çıxan ilk komanda olduğu üçün. Azarkeşlər möhtəşəm atmosfer yaratdılar. Böyük itkilərimiz var idi. Elə mövqelərdə itkilərimiz var idi ki, nəsə etməliydik. Ötən il də belə situasiya yaranmışdı. Böyük heyətimiz yoxdur. Yenə də təslim olmayacağıq. Bu məğlubiyyətlərdən dərs çıxarmalıyıq. Bəzi oyunçular üçün belə oyunlar böyük təkan olacaq. "Qarabağ" həqiqətən güclü idi. Qarşıda bizi vacib oyunlar gözləyir. Qələbələr qazanmalıyıq ki, rəqiblərdən çox geri qalmayaq.
 
- Bu gün meydanda daha bir yeni futbolçu - Emin Əliyevi gördük. Bu, məcburiyyətdən atılmış addım idi?
- Çempionata başlayanda 5 müdafiəçimiz var idi. Elvin Bədəlov demək olar ki, mövsümü bitirdi. Höccət Haqverdi cəzalı idi, Eltun Turabov da məşqdə zədələndi. Əvəzedici heyətdə son matçlarda yaxşı çıxış edən futbolçulara baxdıq, Emini seçdik. Düzdür, "Qarabağ" kimi komandaya qarşı debüt etmək çətindir. Hər zaman demişəm ki, futbolçular hazırlıqlı olsun. Yarımmüdafiə xəttində də problemlərimiz var. Çətinliklər var, əlimizdə olan gənclərdir və onlara şans verəcəyik. Bizim böyük komandalar kimi olmağımız tezdir. Ötən il də çətin vaxtlarımız olub.
 
- Ötən il 3 dəfə "Qarabağ"a burada uduzmamışdınız. Bu məğlubiyyət nəyi göstərir? "Qarabağ" daha da güclənirmi, yoxsa?
- "Qarabağ" güclənib. Həm yaxşı ehtiyatı var, həm də yaxşı formadadır. Ötən il iki cəbhədə oynamaq onlar üçün çətin idi. "Qarabağ" ötən ilə nisbətən daha yaxşıdır. Amma bu o demək deyil ki, hər oyunu udacaqlar. Bu mövsüm  "Neftçi" ilə çempionluq mübarizəsi aparacaqlar.
 
- "Sumqayıt"dan bu dəfə milliyə 3 oyunçu çağırıldı...
- Rəhim Sadıxov daha əvvəl milliyə çağırılsa da, ondan istifadə olunmur. Görünür ki, məşqçi onu bəyənmir. Çağırılan futbolçular millidə canla-başla oynamalıdır. Fikirlər fərqli ola bilər. Qərarı verən baş məşqçidir.
 
- Murad Xaçayevin cəzası deyəsən olduğu kimi qalıb...
- Hakimlikdən danışmayaq. Özləri nəticə çıxararlar. Məşqçiləri də başa düşmək lazımdır. Xal itirmək çətindir. Muradın 5 oyunluq cəzasına etiraz etmişdik, düşünürdüm ki, endirim olacaq. Amma olmadı. Muradın epizodunda aqressiya yox idi. Olsa idi, birinci bunu mən deyərdim. Murad hakimə sadəcə topun rəqibin əlinə dəydiyini deyib, amma fərqli qərar oldu. Murad son zamanlar yaxşı formada idi, indi onu 5 oyunluq itirmək çətindir. Bizdə həmin mövqedə də problemlər var.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X