Dünya çempionatının seçmə oyununa hazırlaşan Azərbaycan milli komandasının Mərdəkandakı Futbol Mərkəzində məskunlaşaraq məşqləri "Dalğa Arena"da keçirməsi U-14 liqasının işinə təsirsiz ötüşməyib.
Fanat.Az xəbər verir ki, çempionat oyunlarını "Dalğa Arena"da keçirən yeniyetmələr bu həftəsonu "ASCO Arena"nın xidmətindən yararlanacaqlar.
AFFA bununla bağlı "Səbail" klubuna məktub ünvanlayaraq noyabrın 13-ü və 14-də arenanın saat 09:00-15:00 aralığında 14 yaşlıların ixtiyarına verilməsini xahiş edib.
Qeyd edək ki, yalnız U-14 liqasının oyunları Mərdəkanda keçirilir. 10-13 yaşlılar FHN-in Hövsan qəsəbəsindəki stadionunda çıxış edir, yuxarı yaşlılar isə ev-səfər prinsipi ilə mübarizə aparır.
Mirağa