15:26 10.11.2021 1291

\"Keşlə\"nin \"Şirvan\" ilə birləşdirilməsi daha məqsədəuyğundur\" - Tahir Süleymanov

"Hər bir iş planlı şəkildə görülməlidir. Bu proses ən azı 10 il öncə aparılmalı idi".

Bu sözləri Fanat.Az-a tanınmış futbol mütəxəssisi Tahir Süleymanov "Keşlə"nin adının dəyişdirilərək "Şamaxı" adlandırılmasını dəyərləndirərkən deyib. 

Əslən Şamaxıdan olan keçmiş FİFA referisi, "Neftçi" klubunun sabiq vitse-prezindenti paytaxt klubunun bölgəyə köçürülməsini təqdirəlayiq hal hesab etsə də, prosesin bir neçə il yubandığını düşünür:  

"2005-ci ildən sonra bölgələrimizdə neçə-neçə müasir stadionlar inşa edildi, köklü klublar bərpa olundu, iddialı komandalar yaradıldı. Azərbaycan şərtlərinə uyğun fantastik vəsait xərcləndi. Lənkəran, İmişli, Yevlax, Qəbələ şəhərlərində qurulmuş infrastruktur, stadion-bazalar beynəlxalq standartlara cavab verirdi, Tovuz stadionunda yenidənqurma işləri görülmüşdü. Digər şəhər və rayonlarımız səbirsizliklə öz növbələrini gözləyirdilər. Təəssüf ki, ümumi futbol idarəçiliyində olan boşluqlar, əksər klublarda buna uyğun fəaliyyət sabitliyi yarada, inkişafı təmin edə bilmədi və qısa vaxtda əksər komandalar bir-bir tarixin yaddaşına köçdü. 

Eyni qayda ilə Bakıda klublar yaradıldı. Sıfırdan başlayaraq uşaq futbolundan tutmuş əsas komandaya kimi böyük işlər görmüş "Bakı" klubundan başqa, digərlərinin paytaxtda məskunlaşmasına ehtiyac yox idi. Təkcə tarixi "Neftçi" kifayət idi. Məlum duruma görə "Qarabağ"ı da əlavə etsək, tədricən Azərbaycan çempionatı "Bakı birinciliyi" ilə əvəzləndi. 

O dövrdə dəfələrlə fikirlərimizi bildirmişdik. AZAL, "Rəvan", "Səbail" kimi klublara ayrılan vəsait region komandalarına sərf edilməli idi. 

Plansız görülən futbol strategiyasının yararsızlığı nəticəsində "Muğan" da Salyandan paytaxta köçdü. "İnter"/"Keşlə", "Zirə", "Sabah"ı da əlavə etsək, mənzərə tam aydın olar. Abşeronun özündə belə futbol xəritəsi düzgün çızılmırdı. Tarixən futbol qəsəbəsi sayılan, ölkə futboluna 10-larla keyfiyyətli futbolçu bəxş etmiş Buzovna stadionu baxımsız hala salınıb. Artıq "Bakı"nın stadion-bazası viranə qoyulub, Şüvəlanda yaradılan şərait futbolsuz qalıb. Nə qədər acınacaqlı olsa da, bunlar dünəndə qaldı. AFFA, nazirlik, geniş futbol ictimaiyyəti bu məsələlərə qayıtmalı, yeni futbol xəritəsi çəkilməlidir.

Şəraiti, futbol ənənələri olan şəhər və rayonlarımızda klublar dirçəlməli, Gəncə, Masallı, Şəmkir, Qusar, Qazax, Bərdə, Sabirabad və digər bölgələrdə stadionlar yenidən qurulmalıdır. Futbola vəsait böyük ölçüdə dövlət tərəfindən ayrılır. Azərbaycan futbolunda nəhayət ki, dönüş zamanı çoxdan yetişib. "Keşlə"nin bölgəyə köçürülməsi təqdirəlayiqdir.

Vaxtilə "İnter"ə ayrılmış maliyyə ilə 40-50 il bölgə klubu saxlamaq olardı.

"Səbail" və başqa yaradılmış Bakı klubları da bu yolu getməlidir. Şamaxı təmsilçiləri müstəqillik illərində güclülər dəstəsində çıxış edib. Sənədləşmədə "Keşlə"nin "Şirvan" klubu ilə birləşdirilməsi daha məqsədəuyğundur.

Belə addım futbol ənənələrinin pozulmamasını şərtləndirər, UEFA tərəfindən qəbuluna da yardımçı olar. Paytaxtdakı stadionların boş qalmaması üçün ən yaxşı çıxış yolu akademiyaların yaradılmasıdır. Əhalinin çoxluğu buna zəmin yaradır. Mütləq deyil ki, paytaxt komandalarının hamısı Premyer liqada çıxış etsin. Divizion, liqalarda oynaya bilərlər. Londonda 30 klub fəaliyyət göstərir, onların əksəriyyəti imkanlara, şəraitə görə fərqli liqalarda çıxış edirlər.

Əsas, gec də olsa, bu işləri görüntü xarakterli deyil, planlı şəkildə davam etdirmək, tədricən futbolu bölgələrə daşımaq lazımdır.

Azərbaycanda şərait yaradılsa, futbola münasibət dəyişsə, bütün bölgələrimizi əhatə edən 3-4 liqanın formalaşdırılması, rəqabətin yaradılması mümkündür. Düzgün işlər görülərsə, azarkeşlər əsl ölkə çempionatını izləyər, futbola maraq artar, tribunalar dolar, istedadlar yetişər, milli də gözlənilən nəticələri göstərə bilər".

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X