AFFA Apellyasiya Arbitraj Tribunalı "Sumqayıt" klubunun şikayətinə baxıb.
Fanat.Az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin Murad Xaçayev haqqında şikayətini təmin edilməyib.
Beləliklə, İntizam Komitəsinin oktyabrın 29-dakı iclasında Xaçayev barəsində çıxardığı qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Murad Xaçayev səfərdə "Sabah" komandasına 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VIII tur matçında “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Ona 5 oyun cəza, klubuna 4000 manat cərimə kəsilib.