“Qarabağ” və “Zirə” klublarında məşqçi kimi çalışmış Borçe Xristov bacarığını baş məşqçi qismində sınayacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarında da məşqçilik etmiş şimali makedoniyalı mütəxəssis “Rabotniçki”ni çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Şimali Makedoniyanın ən titullu və tanınmış klublarından olan “Rabotniçki” Xristovla 2023-cü ilin yanvarına qədər müqavilə imzalayıb.
Nihat